İnfeksion endokardit

Report
İnfeksion endokardit
Ə.Əliyev adına AzDHTİ
Kardiologiya kafedrası
Dosent A.F.Zeynalov
İnfeksion endokardit
İnfeksion endokardit – ( İE ) endokardın
ağır iltihabi xəstəliyi olub, əsasən
qapaqların zədələnməsi ilə müşayət
olunur.
Az hallarda ürək boşluqları ,vətər lifləri,trabekul
və papilyar əzələlər zədələnə bilər.Bəzən də
proses endokarddan böyük damarların
başlanğıcına keçə bilər.
İnfeksion endokardit
səbəbə görə xüsusi
xəstəlik hesab olunur
Birincisi, son 30 il içərisində xəstəliyin nə əmələ
gəlməsi, nə də mortalitəsi azalmamışdır. Diaqnostika və
müalicə sahəsində əldə olunan əhəmiyyətli inkişaflara
baxmayaraq, xəstəliyin proqnozu hələ də pisdir və
mortalitəsi yüksəkdir.
İkincisi, İE tək tip bir xəstəlik deyil və başlanğıcdakı
klinik əlamətlərə, altda yatan ürək xəstəliyinə (əgər
varsa), xəstəliyi yaradan mikroorganizmaya, fəsadların
varlığına ya da yoxluğuna və xəstənin xüsusiyyətlərinə
görə dəyişən fərqli formalarda özünü göstərir.
Üçüncüsü, meta-analizlərin məhdud sayda olması
xəstəliyin diaqnostika və müalicəsini çətinləşdirir.
Ölkədən ölkəyə fərqli olaraq hər 100 000 nəfərə il ərzində 3 -10
arası xəstəlik düşür.Bu fərqlilik isə aparılan epidemioloji
tədqiqatlar arasındakı üsul fərqliliklərindən irəli gəlir.
Diqqət çəkici bir nöqtə odur ki , bu araşdırmalar göstərir ki İE
rast gəlmə tezliyi gənc xəstələrdə çox aşağı olur və yaşla birlikdə
təəccüblü artım göstərir: 70-80 yaşları arasındakı kəslərdə zirvə
nöqtəyə çatır ,hər 100 000 nəfərə il ərzində 14.5 İE atak qeyd
olunur.
İE ilə bağlı aparılan bütün epidemioloji işlərdə kişi: qadın nisbəti
2: 1 -dir; ancaq kişilərdəki bu daha yüksək nəticənin səbəbi
kifayət qədər bilinmir. Lakin, qadın xəstələrdə proqnoz daha
pis olur və qadınlarda qapaq əməliyyatı kişi xəstələrə görə daha
az aparılır.
Mitral qapaq prolapsı və infeksion endokardit
20
18
16
14
12
10
8
6
4
2
0
<19
kişi
20-29
30-39
40-49
qadın
50-59
>60
İE-nin qapaqlarda rast gəlmə tezliyi

Mitral qapaqlarda:
44%

Aortal qapaqlarda:
35%

Triküspid qapaqlarda:
20%

Pulmonar qapaqlarda:
1%
S. aerus törədici olduqda daha çox
normal qapaqlar,xüsusilə tricuspid
qapaq zədələnər
Streptokoklar ve enterokoklar
törədici olduqda ilk öncə anormal
mitral və ya aortal qapaq
zədələnər
Son illərdə rastgəlmə tezliyi artdı. NİYƏ ?
- Protez qapaq istifadəsində artım
- QİÇS epidemiologiyasında artım
- Narkotik maddələrin istifadəsində artım
- Daha pis diş baxımı və müalicələri
- Daha çox dializ
İE – lə daha çox kimlər xəstələnir?
- Anadangəlmə və qazanılma ürək qüsuru olanlar
- Mitral qapağın prolapsı olanlar
- HKMP olanlar
İE rast gəlir :
Komissurotomiyada – 0.4-2.3%
Qapaqların protez qapaqla əvəz olunmasında – 1.2-9.5 %
Svan-Qans kateterlərindən istifadə zamanı – 2.4-9.3 %
Intravenoz kateterlərin uzun zaman damar daxilində
qalması nəticəsində - 0.8-0.9 %
Requlyar hemodializlərdə - 1.75-5.1%
Kardiostimulyatorların qoyulması zamanı – 1%
E T İ O LO G İ YA
Xəstəliyin yaranması üçün bir neçə faktorların olması
şərtdir
1. bakteriemiyalar
2. patogen mikroorqanizmlərə qarşı orqanizmin
sensibilizasiyası,reaktivliyinin dəyişməsi və
immunogenez sisteminin pozulması
3. endokard tamlığının struktur pozulması
Etiologiya






Oral
Streptokoklar
Enterokok
S aureus
S epidermitis
Gram mənfi
basillər
Göbələklər
HACEK grupu
 Haemophilus
sp
 Actinobacillus sp
 Cardiobacterium sp
 Eikenella sp
 Kingella sp
Törədicinin xüsusiyyətləri
- Anadangəlmə ürək xəstəliklərində:
oral strep,Enterokok, S aureus
- Romatizmal ürək xəstəliklərində:
Oral Strep,Enterokok
- Təbii qapaq endokatditi:
S aureus, oral Sterp,Enterokok
-Protez qapaq:
Erkən 60 gün: S aureus, qram (-) stafilokoklar, Candida albicans,
Gec 60 gün:, Enterokok, oral Strep, qram (-) stafilokoklar, S
aureus
- Venadaxili dərman qəbul edənlərdə:
S aureus, Gram (-) basillər, Enterokok, C albicans
XARAKTERİK PATOLOJİ ƏLAMƏT
vegetasiyadır , hansı ki trombositlərdən,
fibrindən , mikroorqanizmlərdən və iltihab
hüceyrələrindən təşkil olunmuşdur.
Infeksion endokardit zamanı qapaqlarda vegetasiyalar
Patogenez
1. Keçid bakteremiya - Diş çıxarılması, LOR
orqanlarının əməliyyatları və digər hallarda.
2. Endotelinin zədələnməsi –turbulent qan axını
səbəbiylə və s.
3. Trombositlərin adheziyası – endokarda fibrinin
çökməsi nəticəsində
4. Sirkulə edən bakteriyaların çökməsi- əmələ gələn
tromblara bakteriyaların çökməsi və orada çoxalması
5. Vegetasiyaların formalaşması – trombdan və
bakteriya koloniyalarından vegetasiya əmələ gəlir
Patogenez
6. Ürəyin birləşdirici toxumasının infeksion
destruksiyası
7.Vaskulit, daxili orqanların iltihabi və
degenerativ dəyişikliklərinin (miokardın,
böyrəklər) inkişafı ilə prosesin immun
generalizasiyası
8. Tromboembolik fəsadlar
9. Ürək və böyrək çatmazlığı inkişaf etməsi
Patoloji anatomiyası
Ürəyin endokard qişası üzərində, endotelial
hüceyrələrdə mikroblar və mikrob hissəcikləri tapılır.
Endokardda tromblaşma, xoralaşma, birləşdirici
toxumanın hiperplaziyası, ziyilləşməsi və çapıqlaşma
qeyd edilir. Ziyilləşmə və çapıqlaşma qapaqları
deformasiyaya uğradır, ürək qüsuru törədir. Ziyilli
valvulit revmatik, xoralı valvulit isə infeksion
endokardit üçün xarakterikdir. Endokardit çox vaxt
trombemboliyaya səbəb olur
İnfeksiyanın yerinə və intrakardial
xarici cisim olub olmamasına əsasən İEnin aşağıdakı dörd sinfi mövcuddur:
1- sol tərəfdə təbii qapaqlarda inkişaf edən İE
2- sol tərəfdə protez qapaqlarda inkişaf edən İE
- Erkən Protez qapaq İE: qapaq cərrahiyyəsindən <1 il sonra
- Gec Protez qapaq İE : qapaq cərrahiyyəsindən >1 il sonra
3- sağ tərəfdə İE
4- cihazla bağlı İE (qalıcı pacemaker və ya kardioverter
defibrilyator)
Yoluxma yerinə görə
-Nazokomial
-Xəstəxanadankənar
-Intravenoz dərman qəbulu
ilə əlaqəli ( narkomanlar )
Kliniki formalar
-Tipik
-Atipik
-Silinmiş
-Latent
Gediş formaları
- kəskin ( tez proqresivləşən)
-yarımkəskin ( uzun sürən )
- xroniki ( residiv verən )
- abortiv ( tam sağalma )
Təsnifatı

Kəskin
 Normal ürək
qapaqlarına təsir edir
 Sürətlə destruksiya edir
 Metastatik ocaqlar verir
 Əsasən stafilakokk
tərəfindən törədilir
 Müalicə olunmadıqda 6
həftəyə ölümcül nəticə
verir

Yarımkəskin
 Tez-tez zədələnmiş
ürək qapaqlarına
təsir edir
 Tədricən inkişaf edir
 Müalicə olunmadıqda
fatal nəticə 1 ilə olur
Kliniki morfoloji forma
I ilkin ( qapaqlar intakt )
II ikincili
1. revmatik zədələnmiş
qapaqlarda
2. digər etiologiyalı damar və
qapaq zədələnmələrində
Təsnifat

Dörd qrupda təsnif olunur:
 Təbii qapaq IE
 Protez qapaq IE
 Venadaxili narkotIərin sui-istifadəçilərinin IE
 Nosocomial IE
Mikrobioloji təsnifat
1.Hemokultura müsbət olan infeksion
endokardit
2.Əvvəlki antibiotikoterapiya səbəbindən
hemokultura mənfi olan infeksion endokardit
3.Çox zaman mənfi hemokultura müşahidə
olunan infeksion endokardit
4.Həmişə mənfi hemokultura müşahidə edilən
infeksion endokardit
Hemokultura müsbət olan
infeksion endokardit
Bu ən əhəmiyyətli sinif, bütün İE -in təxminən
85%ini əhatə edir.
Faktor olan mikroorqanizmlər ümumiyyətlə
stafilokoklar,
streptokoklar və
enterokoklardır.
Əvvəlki antibiotikoterapiya
səbəbindən hemokultura mənfi olan
infeksion endokardit
Bu vəziyyət hər hansı bir qan əkilməsi edilmədən əvvəl, səbəbi
məlum olmayan qızdırma nəticəsində antibiotik istifadə
olunan və İE diaqnozu nəzərə alınmayan xəstələrdə ortaya
çıxır; Antibiotikin kəsilməsindən dərhal sonra baş verən
yüksək qızdirma bu diaqnozu qoymağa kömək edir.
Hemokultura antibiotikin kəsilməsindən günlərlə sonra da
mənfi olaraq qala bilər.
Xəstəliyə səbəb olan mikroorqanizmlər əksəriyyətlə
oral streptokoklar ya da qram (-) stafilokoklar olaraq
müəyyənləşdirilir.
Çox zaman mənfi hemokultura müşahidə
olunan infeksion endokardit
Belə endokarditə adətən HACEK
grupunun çətin çoxalan Gram (-)
çubuqları, Brucella ve göbələk
kimi çətin yetişən mikroorganizmalər
səbəb olur.
Həmişə mənfi hemokultura müşahidə
edilən infeksion endokardit
Bunlar, Coxiella burnetii, Bartonella, Chlamydia ve
Whipple xəstəliyinin törədicisin olan Tropheryma
whipple kimi hüceyrədaxili bakteriyaların yaratdığı
xəstəliklərdir.Bütün İE’lərin %5ə qədərinə bu
mikroorganizmlər səbəbdir.
Belə hallarda diaqnostika seroloji testlərə, hüceyrə
kulturasina ya da gen amplifikasyonuna əsaslanır.
Şikayətlər
qızdırma ,tərləmə,titrətmə
 halsızlıq,iştahasızlıq
 ürəkbulanma,qusma
 çəki itkisi ,öskürək
 baş ağrısı
 sümük və əzələ ağrısı
 sinədə ağrı,qarında ağrı
 burun qanaması
 tənəffüs çatmazlığı
 ətraflarda soyuqluq hissi

Klassik triada
Temperatur
Emboliya
Ürək küyləri

İE-in periferik əlamətləri
•Lukin-Libman ləkələri – gözün iç bucağında
konyuktivada, alt göz qapağının konyuktivasının keçid
büküşündə petexial qansızma ocaqları.
•Rot ləkələri (Roth spot) – gözün torlu qişasında görmə
siniri diskinin yanında, mərkəzində solğun rəngli ləkə
olan qansızma ocaqları. Anemik retinopatiya kimi inkişaf
edir.
•Ceynuey ləkələri (Th. C.Janeway) – əl barmaqlarının və
ayağın yumşaq toxumalarında təxminən 4 mm-ə qədər
ölçüdə yumşaq və ağrısız ləkələr şəklində qansızma
ocaqları.
İE-in periferik əlamətləri
•Osler düyünləri (W.Osler, 1909) - əl və ayaq
barmaqlarının ovuc səthində kiçik ölçülü və bərk
konsistensiyalı eritematoz (qırmızımtıl) ağrılı
düyünlər şəklində qalınlaşmalar.
•“Baraban çubuqları” əlaməti (clubbing )– xroniki
hipoksiya ilə əlaqədar əl barmaqlarının distal
falanqaları qalınlaşır. Adətən uzun müddətli septiki
endokarditlər zamanı inkişaf edir.
•Dərialtı piy toxumasında müxtəlif ölçülü nekroz
ocaqları meydana çıxır.
•Sarılıq – sepsislə əlaqədar eritrositlərin
intravaskulyar hemolizi nəticəsində inkişaf edir.
Konyuktivada bakterial embol
Laborator göstəricilər
- Hematuriya, Proteinuriya, Eritrosit
silindrləri
- Anemiya, trombositopeniya
- EÇS yüksəlir
- CRZ pozitiv , RF pozitiv
- Poliklonal gammaglobulinlərdə artış
- Sirkulə edən immunkomplekslərdə
artış
Endokardit şübhəsi varsa mütləq
xəstəxanaya yatış gərəkdir.Diaqnostika
meyarı hemokultura,exokardiyografiya və
klinik müşahidədən ibarətdir. Protez
qapaq xəstələrində qızdırma varsa protez
qapaq endokarditindən şübhələnmək
lazımdır.
İE diaqnostikasında DUKE
kriteriyalarından istifadə olunur (həssaslıq
90% dir)
Major kriteriyalar
1- İnfeksion endokarditi törədən tipik mikroorqanizmlərin qandan
mikrobioloji əkmələrdə təsdiqlənməsi (S. viridans və ya S. bovis, HACEK
orqanizmləri -Haemophilus aphrophilus (hazırda Aggregatibacter aphrophilus
və Aggregatibacter paraphrophilus adlanır); Actinobacillus
actinomycetemcomitans (hazırda Aggregatibacter actinomycetemcomitans
adlanır); Cardiobacterium hominis; Eikenella corrodens; və Kingella kingae;
həmçinin S. aureus, Enterococcus).
*** 2 fərqli qan nümunəsindən əkmələrdə təsdiqlənməsi və ya
*** 12 saatdan bir götürülmüş qandan əkmələrdə təsdiqlənməsi və ya
*** hər 1 saatdan bir götürülmüş qan nümunələrinin əkilməsindən sonra bir
neçəcində pozitiv əkmələrin əldə olunması
2- EXOKQ-də ürək daxilində klapan üzərində titrəyən kütlə və ya abses
və ya protez klapanın yeni təyin olunan hissəvi aralanması və ya klapanda yeni
requrqitasiya
3- Qanın mikrobioloji əkmələrdən birində Coxiella burnetii pozitiv
çıxması və ya anti-faza 1 İgG anticismlərin titrinin >1:800 olması
Minor kriteriyalar
1- Venadaxili qeyri-leqal narkotik istifadəsi tarixçəsi və ya
qazanılmış və ya anadagəlmə ürək xəstəliyi
2- Temperatur >38.0°C
3- Damarlarla bağlı əlamətlər: arterial embollar, ağciyər
infarktları, mikotik anevrizmalar, kəllədaxili qanaxma,
konyuktival qanaxma, Janeway ləkəsi(ovucda, ayaq aldında 14 mm diametrində ağrısız hemorragik ləkə)
4- İmmunoloji əlamətlər: qlomerulonefrit, Osler düyünləri
(böyük olmayan ağrılı düyünlər), Roth ləkələri, revmatoid
faktor
5- Mikrobioloji sübut: böyük meyarlarda qeyd olunanlara
uyğun gəlməyən qandan pozitiv mikrobioloji əkmələr və ya
endokarditə səbəb ola bilən mikroba dair pozitiv seroloji
reaksiya
İE Diagnozunun təsdiqlənməsi :
2 Böyük Meyar və 0 Kiçik Meyar
1 Böyük Meyar və 3 Kiçik Meyar
0 Böyük Meyar və 5 Kiçik Meyar
“Təyin olunmuş” IE
Qapaq vegetasiyalarında mikroorganizmlər (kultural
və ya histoloji) in a valvular vegetation, embollar və
ya ürəkdaxili abseslər
Vegetasiya və ya ürəkdaxili abseslərin histoloji
sübutları
“Ehtimal olunan”:
nəticələr təsdiq üçün kifayət olmasa da ancaq inkar
da etmir
“İnkar olunan”
4 günlük terapiyadan sonra cərrahi və ya autopsiya
nəticələrində İE sübutunun olmaması
- EKQ İE üçün spesifik deyil.
• Sol anterior hemiblok uzanmış PR aralığı, yeni
sol ayaq blokadası, ya da yeni sağ ayaq
blokadasıdır. Bu tapıntılar aorta qapağından
ötürücü sistemə infeksiya yayılmasının göstərir.
• Junctional taxikardiya, Wenckebach bloku, ya da
tam ürək bloku mitral anulusdan atrioventrikulyar
düyünə və ya His dəstəsinin proksimal hissəsinə
infeksiya yayılmasının göstərə bilər.
• Ağciyər radioqrafik müayinələrdə sağ tərəfli
qapaq cəlb olunduqda ağciyər emboliyası kimi
fəsadlar göstərə bilər.
ExoKQ
Exokardiografik
anormallıqlar endokarditə
qəti diaqnoz qoymaq üçün
lazımlı olan iki əhəmiyyətli
meyarlardan birini təmsil edir
və ürək qapaqları və
ətrafındakı strukturların
qiymətləndirilməsi, müalicə
qərarları üçün kritik məlumat
verir.
Transtorasik ikiölçülü ExoKQ ( TTE )
Keyfiyyətli şəkillər əldə edilir və təbii qapaqlar üçün
ilk seçimdir. Vegetasiya üçün spesifikliyi (98%)
mükəmməldir. Döş qəfəsi deformasiyaları, piylənmə,
xroniki obstruktiv ağciyər xəstəliyi olanlar üçün
ExoKQ həssaslığı azalır. Native qapaq
Sürətilidir,qeyri-invazivdir
spesifiklik: 98%
Həssalıq: <60%
Transezofaqeal exokardioqrafiya ( TEE )
Mükəmməl görüntünün əldə olunması səbəbi ilə hər
hansı bir qapaq anormallıqlarında TTE-ya görə daha çox
həssas və spesifikdir.
Protez qapaq
Ürəkdaxili ağırlaşmalar
spesifiklik: 94% (protez qapaq: 88-100%)
Həssalıq: 76-100% (protez qapaq: 86-94%)
Ağırlaşmalar

Dörd etiologiyası var
 Embol
 İnfeksiyanın lokal yayılması
 İnfeksiyanın metastatik yayılması
 İmmun komlekslərin yaranması-
qlomerulonefrit və artrit
Emboliya halları

Embolizasiya riski antibiotikoterapiya
təyin olunandan 2 həftə ərzində var

Yüksək risk S. aureus, Candida sp., and
HACEK organizmləri.
Embol ağırlaşmaları


40%-dən yuxarı xəstələrdə rast gəlir
Embolizasiyaya şərait yaradanlar
 Vegetasiyanın ölçüləri
 Sol tərəfli vegetasiyalar
 Göbəblək, S. Aureus və Strep. Bovis
 Miokard infarktı
 Vegetasiya və ya qapaq vegetasiyalarının fraqmentləri
koronar çaxələrin stenozunu yaradır
 Ətrafların işemiyası
 Pulmonar emboliya zamanı hipoksiya
 Abdominal ağrı (dalaq və ya renal infarkt)
Mikotik anevrizma
Daha çox zəifləmiş xəstələrdə müşahidə
olunur
Aşağıdakı hallarda şübhə yaranır
 Davamlı qızdırma
 Pulsasiyalı kütlə/periferiyada eritema
 Başağrı,meningit
Dağılmış mikotik anevrizma
(törədici: Aspergillus)
Müalicə
- Xəstə həkim tərəfindən qiymətləndirilib təqib
edilməli
- Müalicədə antibiotiklər kombinə edilməli
- antibiotiklər intravenoz yolla , yüksək dozada
4-6 həftə müddət ilə istifadə edilməli
- Müalicəyə başlandıqdan sonra da qan kulturası
alınmalı
- Xəstə profilaktika mövzusunda
məlumatlandırılmalıdır
İE müalicə - streptokokk,enterokokk
Penisillin allergiyası yoxdur
Penisillin 20 milyon/gün + Gentamisin
3 mg/kg veya
Penisilin + Streptomisin
1 gr/ gün
4-6 həftə
Penisillin allergiyası var
Vankomisin 2 gr/gün + Gentamisin 3 mg/ kg,
4-6 hafta
İE müalicə- stafilokokk
Metisilinə həssas
Nafsilin, oksasilin: 8-12 gr/ gün
Sefazolin: 4 gr/ gün
SAM: 6 gr/gün, 4-6 həftə
Metisilinə rezistent
Vankomisin 2 gr/gün veya Teikoplanin,
4-6 həftə
*Protez qapaq endokarditində müalicəyə
Rifampisin ve Gentamisin əlavə olunmalıdır
İE müalicə - HACEK qrupu
Ceftriaxone monoterapiyası
(2 gm IV/IM - gün) x 4 həftə
və ya
Ampicillin+ Gentamicin
x 4 hafta
İE profilaktikası
-Yüksək riskli cardial səbəblər
Prostetik qapaqlar
Bakterial endokardit keçirmiş olanlar
Kompleks sianotik anadangəlmə ürək xəstəlikləri
Pulmoner Şunt əməliyyatı keçirmiş xəstələr
-Orta riskli cardial səbəblər
Digər anadangəlmə ürək xəstəlikləri (PDA, VSD, ASD)
Hipertrofik KMP
Mitral çatışmazlıqlı mitral qapaq prolapsı
Aşağı riskli vəziyyətlər
- Sekundum tipli ASD
- Mitral çatışmazlığı olmayan mitral qapaq
prolapsusu
- By-pass əməliyyatı olmuş xəstələr
- Qapaq disfunksiyası olmadan revmatizm
keçirmiş və ya Kawasaki xəstəliyi keçirmiş
olanlar
- Fizioloji və funksional küyü olanlar
Orta və yüksək riskli xəstələrdə
profilaktika gərəkdirən vəziyyətlər
Dental: Diş çəkilişləri, periodontal əməliyyatlar, implant, kanal
müalicələri, qanama ola biləcək diş və ya implant təmizliklərdə
Respirator: Tonzillektomiya, tənəffüs yolu mukozasında
cərrahı əməliyyat, rigid bronxoskopiya
Mədə-bağırsaq: ezofaqus varikozlarında sklerozlaşdırıcı
müalicə tətbiqi, ezofagus strukturlarının dilatasiyası, öd yolu
cərrahiyyəsi, bağırsaq mukozasında cərrahi əməliyyatlar
Genitourinar: Prostat cərrahiyyəsi, sistoskopiya, uretral
dilatasiya
Orta və yüksək riskli xəstələrdə
profilaktika gərəkdirməyən vəziyyətlər
- Dental: Lokal anesteziya altında boşluq plombları,
dental rentgen, primer dişlərin çıxarılması
- Respirator: intubasiya, flexible bronxoskopiya
- Mədə-bağırsaq: Biopsiya edilmədən tətbiq olunan
endoskopik əməliyyat, transezofageyal EXO
- Genitourinar: Vaginal histerektomiya, normal
doğuş, Foley kateteri, abort
- Digər: ürək kateterizasiyası, balon angioplastika,
pacemaker implantasiyası, dəri biopsiyası, sünnət
Profilaktika
Antibiotik
Tövsiyyə
Yüksək risk
Ampisilin +
Gentamisin
30 dəq əvvəl; 2 gr Ampisilin
İV +1.5 mg/kg Gentamisin 6
saat sonra; 1 gr Ampisilin
(İV, İM) veya 1 gr Amox PO
Penisilin
allergiyası var
Vankomisin
+
Gentamisin
Amoksisilin
veya ampisil
1 gr Vanko İV + 1.5 mg/kg
Gentamisin (30 dəq əvvəl)
Orta risk
Penisilin
allergiyası var
Vankomisin
2 gr Amox. PO ( 1saat
əvvəl), 2 gr Ampisillin
İV,İM(30 dəq)
1 gr Vanko İV (30 dəq əvvəl)
Profilaktika
Standart
profilaktika
Amoksisillin
1 saat əvvəl
2gr PO
Ampisillin
Oral qəbul edə
30 dəq əvvəl
bilməyənlər
2 gram İM veya İV
(qastrointestinal
sorulma pozğunluğu
olanlar )
Penisilin allergiyası Klindamisin
1 saat əvvəl
olanlar
Azitromisin,
600 mg PO
Klaritromisin veya 500 mg PO
Cərrahiyə
- İnfeksiyalaşmış protez qapaq
- Ağır ürək çatmazlığı ilə gələn xəstə və ya
müalicəyə baxmayaraq bərpa olmayan
ürək çatmazlığı
- Birdən daha çox major emboliya
- Göbələk infeksiyası
- Böyük vegetasiya
Qapaq cərrahiyyəsinə göstərişlər
Endokarditlə əlaqədar qapaq çatışmazlığı (letallıq 56 –
86%)
 İnfeksiyaya nəzarət olmaması,mikrobların müalicəsinin
çətin olması
 Emboliya riski (vegetasiyanın uzunluğunun > 15mm
olması yeni embolun yaranmasının və leallığın güclü
prediktorudur)
 Nevroloji ağırlaşmalar
 Perivalvulyar infeksiya
 Valvulyar obstruksiya
 Davamsız protez
 Protez infeksion endokarditi(esp. S. Aureus)
 Göbələk İE

Diqqətinizə görə sağolun!!!

similar documents