M*kt*b *dar*çiliyind* *cma **tirakç*l*** vasit*si il* T*hsilin Keyfiyy

Report
MƏKTƏB İDARƏÇİLİYİNDƏ İCMA İŞTIRAKÇILIĞI
VASİTƏSİ İLƏ TƏHSİLİN KEYFİYYƏTİNİN
YAXŞILAŞDIRILMASI:
TƏHSİLİN ƏKSMƏRKƏZLƏŞMƏSİ OLMADAN
MÜMKÜNDÜRMÜ?
Murad Nəsibov
Yeni Təhsil Təşəbbüsü
İçindəkilər


Problemin Qoyuluşu və Tədqiqatın Məqsədi
Tədqiqat mövzusu
Nəzəriyyə

İçma iştirakçılığı nədir?

Təhsilin əksmərkəzləşməsi

İcma İştirakçılığı və Təhsilin Əksmərkəzləşməsi arasında əlaqə

İcma İştirakçılığı və Təhsilin Əksmərkəzləşməsi İcma və Ümumi inkişaf aspektindən

Əksmərkəzləşmə baxımından mövcud vəziyyət

İcma İştirakçılığı baxımından mövcud vəziyyət

Qrup Müzakirələrinin nəticələri

Məktəb idarəçiliyində iştiraka icmanın münasibəti

Məktəb idarəçiliyində icmanın iştirak imkanları

İcma məktəb idarəçiliyində iştirakı necə görür
Problemin Qoyuluşu və Tədqiqatın Məqsədi
Tədqiqat mövzusu
Problemin qoyuluşu:

Təhsil xidməti verənlə alan arasında hesabatlılığın çatışmaması, icma iştirakçılığının çatışmaması və ya təhsil
xidməti alanının təhsil xidməti verən üzərində təsirinin az olması və ya heç olmaması
Nəticəsi:

Təhsilin keyfiyyətinin aşağı düşməsi

Həssas təbəqədən olan insanların daha çox zərər çəkməsi

Təhsilin sisteminin yüksək dərəcədə mərkəzləşməsi, bütün qərarların mərkəzdə verilməsi
Nəticəsi:
Səmərəsiz və ehtiyaclara cavab verməyən təhsil idarəetməsi
Tədqiqatın məqsədi:



Bu sahədə yeni bir tədqiqat cığırı açmaq
İslahatların başlanmasına töhvə vermək
Məsələni qərarvermə mərkəzinin və vətəndaş cəmiyyətinin gündəliyinə çıxartmaq,
Tədqiqatın mövzusu

Azərbaycanda kənd yerlərində icmanın məktəb idarəçiliyində iştirakçılığının artırılması və rəy nəzarət
mexanizminin qurulması yolunda mövcud və ya çıxa biləcək əngəllər və imkanlar
1. İcma İştirakçılığı Nədir?
Dünya Bankı(2000) icma iştirakçılığını belə təsvir edir:
“Maraqlı tərəflərin onlara təsir edən inkişaf təşəbbüsləri, qərarlar və resurslar
üzərində idarəyə və təsirə malik olduğunu proses”
Bu tədqiqatda isə İcma iştirakçılığı aşağıdakıları əhatə edir:

Valideyin və şagirdlərin, icma üzvlərinin rəy nəzarət mexanizmi vasitəsi ilə
dolayısı yolla məktəbin idarə edilməsində iştirakı

Valideyin və şagirdlərin, icma üzvlərinin yaradılmış və hamılıqla qəbul edilmiş
yerli mexanizmlər və qaydalar vasitəsi ilə strateji və gündəlik qərarların
verilməsində birbaşa iştirakı. Bura ianələrin verilməsi də daxildir.
İcma İştirakçılığı Nədir?
Təhsildə icma iştirakçılığı aşağıdakı şərtləri yaratmaqla təhsilin keyfiyyətinin yaxşılaması üçün istifadə
edilən ən yaxşı təcrübə olaraq ortaya çıxmaqdadır:

Yerli ehtiyaclara cavab vermək qabliyyətinə/çevikliyinə malik məktəb idarəetmə sistemi/təhsil
xidməti (başqa sözlə, məsuliyyətli yerli idarəetmə, icmadan gələn islahatlar)

Məktəb idarəçiliyində/təhsil xidmətində hesabatlılığın və şəffaflığın yüksəlməsi

İcma mülkiyyəti hissinin və ianə vermək istəyinin inkişafı
Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi icma iştirakçılığı üçün yerli səviyyədə qərarverə
səlahiyyətlərinin mövcud olması vacib edir. Bu səbəbdən də, təhsilin əksmərkəzləşməsi bu
tədqiqatın nəzəri çərçivəsini təşkil edir.
Təhsilin Əksmərkəzləşməsi

Məqsəd təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Sual:
Təhsilin sisteminin əksmərkəzləşməsi necə təhsilin keyfiyyətinin artırılmasna
gətirib çıxardır?
Cavab:
Yerli məktəbə yaxın olan qərar vermə daha uğurla kurrikulumu yerli quruluşa ehtiyac və imkanlara uyğunlaşdıracaq, daha yüksək sahiblənmə hissi yaradacaq,
şagir və müəllimlərin motivasiyasını artıracaq, valideyin iştirakını təşviq edəcək,
icmanın maddi dəstək olma istəyini artıracaq.
Siyasətçilər üçün əsas sual: Hansı məsələlər
əksmərkəzləşməlidir?

İşin Ötürülməsi - ənənəvi olaraq, səlahiyyətin deyil, tapşırıqların və
işlərinin , təşkilat daxilində digər qurumlara ötürülməsinə deyilir.

Səlahiyyətin ötürülməsi – qərarvermə səlahiyyətinin təşkilat
daxilində ierarxik şəkildə yuxarıdan aşağıya doğru ötürülməsi.
Bununla belə, bu səlahiyyət səlahiyyəti ötürən ierarxik pillədə
yüksəkdə duran qurumun qərarı ilə geri alına bilər.

Səlahiyyətin təhvil verilməsi – müstəqil və ya ilkin icazəni almadan
qərarvermə səlahiyyətinin digər bir quruma ötürülməsi
Əgər...

Əgər mühüm qərarlar yerli səviyyədə verilmirsə, valideyinlərin və yerli icma üzvlərinin
məktəb idarəçiliyində iştirakı təhsilin keyfiyyətində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarda
bilməz. Başqa sözlə,
icmanın məktəb idarəçiliyində iştirakı valideyinlər və digər icma
üzvləri üçün mənalı olmalıdır. Onlar mühüm qərarların verilməsində iştirak etməzlərsə,
məktəb idarəçiliyində iştirak həvəsi azala bilər.

Əgər məktəb idarəçiliyində ciddi icma iştirakçılığı yoxdursa, təhsilin keyfiyyətinin
yaxşılamasına çətin ki, nail olmaq mümkün olsun. Çünki, icma iştirakçılığı olmayan bütün
cəhdlər təhsilin keyfiyyətinin yaxşılaşması üçün vacib olan xüsusiyyətlərə (yerli ehtiyaclara
cavab vermə - məsuliyyətlilik, hesabatlılıq, şəffəaflıq,
icma mülkiyyətçiliyi hissinin və
icmanın töhvə vermə mədəniyyətinin inkişafı) cavab verə bilmir.
İcma və Ümumi inkişaf aspektindən

İcmanın məktəb idarəçiliyində iştirak etmək üçün kifayət qədər vaxt, enerji və resurs sərf etmək istəyi və ya edə
bilməsi

İcma ondan nə gözlənildiyini və gözlənilən işin nə ilə nəticələnə biləcəyini haqqında çox az biliyə malik olur. Uzun
mərkəzləşdirilmiş hakimiyyət tarixi olan xalqlarda icma iştirakçılığı baxımında təcrübənin və məlumatlılığın
olmaması

Məktəb idarəçiliyində iştirak üçün icmanın kifayət qədər vaxt, enerji və resurs sərf etmək məsələsi ölkənin ümumi
inkişafı və yerli səviyyədə göstərilən əsas sosial xidmətlərin keyfiyyətindən də asılıdır. Bunlar məktəb
idarəçiliyində icma iştirakçılığının ətraf mühitini təşkil edir və icma iştirakçılığının təsirliliyini müəyyənləşdirir.
Başqa sözlə, məktəb idarəçiliyində icma iştirakçılığı ailə xidmətlərinin genişlənməsi, rifah dövlətinin xidmət
miqiyası və sosial yönümlü kapital qoyuluşu və demokratikləşmə ilə yanaşı gedir.

Təhsilin keyfiyyətini yüksəltməklə yanaşı icma iştirakçılığı güc münasibətlərinin dəyişməsi ilə də nəticələnə bilər:
ənənəvi olaraq təsirli olan qruplardan: müəllimlərdən, icra hakimiyyətlərindən alaraq valideyin şuralarına,
bələdiyyələrə ötürür.
2. (Əks)Mərkəzləşmə baxımından mövcud vəziyyət

Yüksək mərkəzləşdirilmiş sovet sistemi

Yüksən Mərkəzləşdirilmiş Təhsilin maliyyələşdirilməsi və idarəolunması sistemi

Bütün strateji, öyrənmə, kurrikulum, pedoqoji və idarəetmə əlaqəli məsələləri nazirlik səviyyəsində
verilir yerli rayon təhsil şöbələri isə icra edir. Bu qərarların əsaslandığı, ehtiyacların araşdırılması və
prioritetləşdirilməsini göstərən ictimai əlçatan sənədlər/tədqiqatlar yoxdur

Milli səviyyətə təhsil sahəsində qərarvermə prosesində ictimai iştirakın olmaması və ya zəif olması

Rayon təhsil şöbələrinin öyrənmənin, kurrikulumun və mühüm idarəetmə məsələlərində və ya
mərkəzdə verilmiş qərarların eyrli ehtiyac və xüsusiyyətlərə uyğunlaşdırılmasıda müstəqil
qərarvermə səlahiyyətlərinin olmaması.

Bir sözlə, “yuxarıda-aşağıya” və “hər kəs üçün eyni” yanaşması
İcma iştirakçılığı baxımından mövcud vəziyyət

Məktəb və Sinif Valideyin Komitələr

Valideyin Komitəsinin vəzifələri



Valideyin Komitəsinin İcbari Təhsil Fondunun bölüşdürülməsin və Məktəbin
Pedoqoji Şurasında İştirakı
Valideyin Komitələri yoxdur və ya çox az səlahiyyətə sahibdir. Valideyinlərin
məktəb idarəçiliyində iştirakı adətən aşağıdakı formada olur:

Şagirdin göstərdiyi performans zəifdirsə və ya xüsusi bir hal baş veribsə, fərdi
olaraq valideyinlər məktəbə çağırılır.

İldə iki dəfə rübün sonunda valideyin iclası keçirilir.
Görüşlərdə müzakirə edilən məsələlər adətən şagirdlərin göstərdiyi nəticələr, təlimtərbiyə məsələləri, xüsusi bir məqsədlə fond yaradılması, valideyinlərdən pul
toplanılması. Məktəb İdarəçiliyi məsələləri bu görüşlərdə müzakirə edilmir.
Valideyinlərdən məktəb idarəçiliyi ilə bağlı rəy verməkləri gözlənilmir. Ənənəvi
olaraq məktəb idarəçiliyi müəllimlərin, məkətib təktərəfli işi kimi qəbul edilir.
Qrup Müzakirələr: İcma iştirakçılığı önündə hansı əngəllər və
imkanlar olduğu düşünülür?
Məktəb İdarəçiliyində icmanın iştirakçılığına münasibət

Vacibiyyət

Valideyinlər müəllimlərlə sıx əlaqə qurmaqda maraqlı deyillər Çünki çox zaman maliyyə cəhətdən
məktəbə dəstək olmaqları istənilir.

Bəzi valideyinlər düşünürlər ki onların məktəb idarəçiliyin iştirak üçün kifayət qədər bilik və bacarıqları
yoxdur.

Çox zaman kiçik icmalarında müəllimlər və valideyinlər arasında qonşuluq və ya qohumluq münasibətləri
olur. Bu, valideyinlərin məktəb idarəçiliynə qarışmasına və öz rəyini bildirməsinə maneə yaradır.

İnsanlar həm də icmada aktiv olmaq istəmirlər. Əks halda “yüksək dövlət orqanları”na çağırılacaqlarında
qorxurlar.

Yerli mədəniyyətdə mövcud olan stereotiplər qadınların iştirakçılığına məhdudiyyətlər yaradır. Bəzən
kişilər qadınların məktəbə getməklərinə və məktəb idarəçiliyi ilə maraqlanmaqlarına müsbət baxmırlar.
Bəzən qadın müəllimlər kişi valideyinlərlə açıq ünsiyyət qura bilmirlər.

Müəllimlər məktəb idarəçiliyində icma iştirakçılığına kifayət açıq deyillər.

Bəzi kişi və qadın valideyinlər təhsil sisteminə inamlarını itirdiklərini bildirirlər.

Uşaqların təhsillə bağlı məsələlərində, ümumiyyətlə, qadınlar daha çox məşğul olurlar. Bu, cəmiyyətdə və
ailədə kişi və qadınlar arasında iş bölgüsü ilə bağlıdır. Həm də, hesab edilir ki, qadınların bu işlə məşğul
olmaq üçün kifayət qədər vaxtı vardır.
Qrup Müzakirələr: İcma iştirakçılığı önündə hansı əngəllər və
imkanlar olduğu düşünülür?
Məktəb idarəçiliyində icmanın iştirak imkanları
Vaxt məhdudiyyəti
Qadınlar kişilərdən daha çox uşaqların təhsil məsələlərinə vaxt ayırırlar. Qadınlar gün ərzində 1-2
saat, kişilər isə 30 dəqiqə
Ortalama hesabla kişilər ayda bir dəfə müəllimlərlə əlaqə saxlayırlar, qadınlar isə 2-3 dəfə
Qadınlar həftə ərzində1-2 saat məktəb idarəçiliyi məsələləri üçün vaxt ayıra biləcəklərini deyirlər.
İşləyən qadınlarda isə bu vaxt daha da məhduddur. Bununla belə qeyd edilir ki,
məktəb
idarəçiliyində icma iştirakçılığının təsirli olduğu görülərsə, daha çox vaxt ayıra bilərlər.
Hökumət tərəfindən icma iştirakçılığı üçün dəstəyi rolların rəsmi bölünməsi və rəhbər kitabçanın
hazırlanmasında görürlər
Qrup Müzakirələr: İcma iştirakçılığı önündə hansı əngəllər və
imkanlar olduğu düşünülür?

İcma məktəb idarəçiliyində öz iştirakını necə görür

Dərslərdə iştirak – dərs prosesinin izlənilməsi, öncədən xəbər vermədən məktəbə səfərlər

Müxtəlif təşəbbüslər üçün vəsait toplanılması






Fəal valideyinlər və müəllimlər arasında təhsilin keyfiyyəti və məktəb idarəçiliyi məsələləri
ətrafında müzakirələrn təşkil olunması.
Tərəflər arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsi və hər kəsin digərlərinin
səlahiyyətlərini dəqiq bilməsi
Müəllimlər peşəkar kurslar keçsinlər və hər il valideyinlər məktəbdən müəllimlərin
sertifikatlarını tələb etsinlər
Valideylərin fərdi iştirakdan çəkinirlər.
Valideyinlər Valideyin Komitələrinin birləşməsini və bir mərkəzdən idarə olunmasını
istəyirlər.
Valideyinlər məsuliyyətlərinin çox olduqlaırnı düşünürlər, bunun azaldılması üçün Təhsil
Nazirliyinin və Rayon Təhsil Şöbəsinin mütəmadi nəzarətinin vacib olduğunu düşünürlər.
Valideyinlərə
mütəmadi olaraq məktəb məlumat verilməsinin, Şagird Birliklərinin
yaradılmasının və onların da məktəb idarəçiliyində iştirakının vacib olduğunu düşünürlər.
Nəticə
Bütövlükdə dəyərləndirildikdə bu tədqiqatın nəticələri aşağıdakı siyasi praktiki dəyişiklikləri təklif edir:

Uzun müddətdə, təhsil sistemi əksmərkəzləşməlidir. Siyasi qərarvermə mərkəzləri üçün isə əsas sual hansı
məsələlərin əksmərkəzləşməsidir. Bu məsələ ilə bağlı verilən bütün qərarlar tədqiqatlara, empirik sübutlara
əsaslanmalıdır. Təhsilin əks mərkəzləşməsi ailə xidmətlərinin genişlənməsi, yerli özünüidarəetmənin
gücləndirilməsi və demokratikləşmə ilə paralel getməlidir.

Qısa müddətdə, məktəb idarəçiliyində icma iştirakçılığı artırılmaslıdır. Buna nail olmaq üçün birinci
Valideyin Birlikləri haqqda nümunəvi əsasnamə dəyişdirilməli, onların elə artırılmalıdır, valideyinlərə
mənalı və təsirli iştirak üçün imkanlar yaradılmalı, onlar həvəsləndirilməldir.

Bütün bu işlər milli və yerli səviyyədə məlumalılığın artırılmaslı kampaniyaları, müəllimlər, şagirdlər,
valideyinlər və yerli rayon təhsil şöbələri üçün təlimlər ilə müşayət olunmalıdır.

İslahatlar vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq etməklə aparılmalı, onların təcrübəsində istifadə
olunmalıdır.
Təşəkkürlər
Bərdədə Hədəf Qrup Müzakirələrini keçirdiyi üçün Günel Mehdiyeva, Gülər
Fətəliyev, Mətin Axundlu və Ülviyyə Babsoya
Təşəkkürlər.

similar documents