Əvəzlik

Report
GÜNAY KƏRIMOVA
Əvəzlik nədir
Əsas nitq hissələrini əvəz edən
sözlərə əvəzlik deyilir.Əvəzlik hansı
nitq hissəsinin yerinə işlənirsə,onun
da sualına cavab verir.Onun əsas
xüsusiyyəti bütün əsas nitq hissələrini
əvəz etməkdir.
Nümunə:
İsmin yerinə:O(Koroğlu),Azərbaycanın
qəhrəmanıdır.
Sifətin yerində:Belə(bacarıqlı) insanlar yüz ildə
bir doğulurlar.
Sayın yerinə:Həmin(1945-ci)il Dünya müharibəsi
başa çatdı.
Zərfin yerinə:İnanırdım
ki,belə(yaxşı)danışacaqsan.
Felin yerinə:Səbinə nə edəcək(oxuyacaq)?
Əvəzliyin yerinə:Özün(sən)danışacaqsan
Əvəzliyin mənaca növləri
bunlardır:
1.Şəxs əvəzliyi
2.İşarə əvəzliyi
3.Qeyri-müəyyən əvəzliklər
4.Təyini əvəzliklər
5.Sual əvəzlikləri
Əvəzlikdir elə,belə
Öyrənmişəm elə-belə
Amma testi səhv yazmışam,
Bu mövzunu bilə-bilə.
Əvəzlikdir bəri,hamı
Bilməlidir bunu hamı
Əvəzliyin özünü də
Əvəz edən söylə varmı?
ƏVƏZLIYIN MƏNACA NÖVLƏRI
Şəxs
əvəzlikləri
Təyini
əvəzliklər
Sual
əvəzlikləri
Qeyrimüəyyən
əvəzliklər
İşarə
əvəzlikləri
Şəxs əvəzlikləri
İsmin əvəzinə işlənən və kim? Nə? Suallarından birinə cavab
olan əvəzliklərə şəxs əvəzlikləri deyilir.Bu əvəzliklər şəxsə və
kəmiyyətə görə dəyişir.
Şəxslər
Tək
Cəm
Sual
1-ci şəxs
mən
biz
kim?
2-ci şəxs
sən
siz
kim?
3-cü şəxs
o
onlar
kim? ,Nə?
Birinci və ikinci şəxsi bildirən əvəzliklər,adətən,insana aid olur.
Haqqında danışılan üçüncü şəxs isə canlı və ya cansız varlıq
ola bilər:
1.Cavad xan Gəncə hakimi olmuşdur.O,doğma vətəninin
müstəqilliyi uğrunda həlak olmuşdur.
2.Elbrus Avropada ən böyük zirvədir.O,Qafqaz dağlarında
yerləşir.
Diqqət!
Şəxs sözü də,əşya sözü kimi,qrammatik anlayışdır və həmişə
insanla bağlı olmur.
İŞARƏ ƏVƏZLIKLƏRI
Bu
Həmin
O
Elə
Belə
İŞARƏ ƏVƏZLIKLƏRININ
QARŞISINDAKI MÖTƏRIZƏDƏ
ONLARIN HANSI NITQ HISSƏSINI
ƏVƏZ ETDIYINI SÖYLƏYIN.
Əziziyəm gülə naz,
Bülbül edər gülə naz.
Dağıl belə(...)zamana,
Ağlayan çox,gülən az.
Bir ev tikdim dəyirmi,
Dirəkləri iyirmi,
Namərd,hara gedirsən,
Bu(...)yurd sənin deyilmi?
Gedirəm, yolum budu
Dərd budu,zülüm budu,
Sən sevəsən,yad ala,
Əcəlsiz ölüm budu(...)
Diqqət!
Cümlədə mübtəda rolunda işlənən o,bu
əvəzliklərindən sonra isim,sifət,say,əvəzlik,zərf
gələrsə,mübtədadan sonra vergül qoyulur.
Qeyri müəyyən əvəzliklər də,əsaən ismin yerində işlənir və
kim? nə? Suallarına cavab verirlər.Lakin şəxs əvəzliyindən
fərqli olaraq,bu əvəzliklərin aid olduğu şəxs qeyri-müəyyən və
ya ümumiləşdirilmiş olur.
Müqayisə:
O,mənim saatımı götürüb.
Kimsə mənim saatımı götürüb.
Ən çox işlənən qeyri-müəyyən əvəzliklər
bunlardır:biri,kimi,kimsə,hamı,hərə,hər kəs,hər nə,kim isə, nə
isə,hər şey,bəzi.
BƏzi əvəzliyi istisna olmaqla qeyri-mqəyyənlik bildirən
əvəzliklər isim kimi hallanır.Bəzi əvəzliyi yalnız mənsubiyyət
şəkilçisi qəbul etdikdə ismin xüsusiyyətlərinə malik
olur:bəzisinə,bəzilərindən və sair.
Kim isə,nə isə əvəzlikləri hallanarkən birinci söz hal şəkilçiləri
qəbul edir,ikinci söz isə dəyişməz qalır:kimin isə nəyi isə və
sair.
TAPŞIRIQ
Qeyri-müəyyənlik bildirən əvəzlikləri söyləyin.
Hamı dindi,can oldu,mən dinəndə qan oldu.
Bağçamızda gül bitdi,
Lalə bitdi,gül bitdi,
Vətəndə bir bağ saldıq,
Hər nə əkdik,gül bitdi.
Səyyada bax,səyyada,
Torun qurmuş qayada,
Toruna tərlan düşüb,
Kimsəsi yox oyada.
Diqqət!
Qeyri-müəyyən əvəzliklər arasında heç sözünün köməyi ilə düzələn bir sıra əvəzliklər var ki,onlar
ümumi leksik mənasına görə inkarlıq bildirir:heç kim,heç kəs,heç nə. Vurğuya diqqət edin:
kimsə’=heç kim
ki’msə=kim isə
Heç kəs öz ayranına turş deməz.
Kimsə səsini çıxarmırdı.
SUAL ƏVƏZLİKLƏRİ
Bir çox sual cümlələrində,adətən,sual bildirən
sözlər işlədilir:Kim dərsi bilir?Neçə yaşın
var?Bu cür sual ifadə edən sözlərə sual
əvəzlikləri deyilir.Sual əvəzlikləri bütün əsas
nitq hissələrini,o cümlədən,əvəzlikləri də əvəz
edir.
Verilmiş cümlələrdən sual əvəzliklərini tapın.
1.Molla Nəsrədddin jurnalının redaktoru kim
olub?
2.Cavad xan neçənci əsrdə yaşayıb?
3.B.Vahabzadə harada anadan olub?
4.Qəzəl hansı xüsusiyyətlərə malikdir?
Bütün
Hər
Təyini
əvəzliklər
Filan
Öz
TƏYINI ƏVƏZLIKLƏR
Hər,bütün,öz.filan,cümlə təyini əvəzliklərdir.Bu əvəzliklər cümlədə ismə aid
olur və təyin rolunda çıxış edir.İşarə əvəzliyindən fərqli olaraq,təyini əvəzliklər
ismi ümumi şəkildə təyin edir.Müqayisə edin:
İşarə əvəzlikləri
Təyini əvəzliklər
O müəllim
Hər müəllim
Bu uşaqlar
Bütün uşaqlar
Belə hadisə
Filan hadisə
Hər,bütün,filan təyini əvəzlikləri hansı? Sualına cavab verir,heç vaxt isim
yerində işlənmir və hallanmır.
Öz təyini əvəzliyinin aid olduğu isim həmişə mənsubiyyət şəkilçisi qəbul edir.Bu
əvəzlik özü mənsubiyyət şəkilçisi qəbul etdikdə isə şəxs əvəzliyi vəə ya isim
yerinə işlənir:özüm(mən),özləri(onlar) və b.
TAPŞIRIQ
Təyini əvəzliklər olan cümlələri göstərin.
1.Bütün camaat meydana yığışmışdı.
2.Hərənin ağzından bir avaz gəlir.
3.Hər çiçəkdən təzəsən.
4.Yağış onu büsbütün islatmışdı.
Məntiq. Verilmiş əvəzlikləri müvafiü sıralara artırın.
hamı,belə,hər,onlar,hansı
A)o,həmin bu,...
B)kim,nə,hara,...
C)biri,kimi,heç kim,...
D)öz,filan,bütün,...
E)sən,o,biz,...
Sadə
Şəxs əvəzlikləri
quruluşca necə olur?
Hansı qeyrimüəyyən əvəzliklər
cəmlənə bilir?
Bəziləri,kimsəl
ər,filankəslər.
Cümlədə
mübtəda
vəzifəsində çıxış
edərkən.
O,bu işarə
əvəzliklərindən sonra
nə zaman vergül
qoyulmalıdır?
O yalnız
sifəti əvəz
edir.
Həmin işarə
vəzliyi hansı
nitq hissəsini
əvəz edir?
Bütün təyini
əvəzliklər cümlənin
yalnız təyini olduğu
halda öz əvəzliyi
isimləşərək
mübtəda,tamamlıq və
xəbər olur.
Hansı təyini əvəzlik
cümlənin
mübtəda,tamamlıq
və xəbəri olur.
Köməyinizə görə sağ
olun!

similar documents