Axtarış sistemləri.

Report
Axtarış sistemləri haqqında
qısa məlumat
İnternetin nəhəng məlumat bazası
hər saniyə yeni xəbərlərlə
zənginləşir. İnternet genişləndikcə
bu şəbəkə vasitəsilə dünyanın
istənilən nöqtəsində yaşayan
insanlarla virtual ünsiyyət qurmaq,
məktublaşmaq, on-line rejimində
keçirilən müxtəlif forumlarda iştirak
etmək, kitab, jurnal və qəzetlərin
elektron versiyalarını oxumaq, alışveriş etmək, radio dinləmək,
televiziya verilişlərinə tamaşa etmək,
gündəlik hadisələr haqqında operativ
məlumatlar almaq mümkündür. Bu
xidmətləri əldə etmək üçün insanlar
ilk növbədə İnternetdəki axtarış
sistemlərindən istifadə edirlər.
Axtarış sistemlərini qısa tarixi

İnternet şəbəkəsində informasiya resurslarına ilk müraciətlərin
təşkili üsullarına saytların kataloqlarının yaradılması olmuşdur.
Bu kataloqlarda informasiya resurslarının ünvanları mövzu üzrə
qruplaşdırılırdı. İlk belə kataloq Yahoo (1994) layihəsi idi. Yahoo
kataloqunda saytların sayının artması ilə əlaqədar olaraq layihə
daxilində axtarış sistemi yaradıldı. Bu sistemi bütün tələbatlara
cavab verən axtarış sistemi adlandırmaq olmazdı, belə ki, bu
sistem İnternet mühitində deyil, yalnız kataloq daxilindəki
informasiya resursları içində axtarış apara bilirdi. Kataloqlar çox
nəhəng olsalar da onlar İnternetdəki resursların çox kiçik bir
hissəsini əhatə edə bilirlər. Hal-hazırda ən böyük İnternetkataloq DMOZ (directory.mozilla.org və ya Open Directory
Project) hesab edilir. 1998-ci ildə yaradılmış kataloqda
resursların sayı cəmi 5 milyondur. Müqayisə üçün bildirək ki,
Google axtarış sistemində 8 milyarddan artıq sənəd saxlanılır.

İlk axtarış sistemi 1994-cü ildə yaradılmış WebCrawler
olmuşdur.

1995-ci ildə Lycos və AltaVista axtarış sistemləri
yaradıldı. AltaVista üzün müddət liderliyini saxladı.
1997-ci ildə Sergey Brin və Lari Peyc tərəfindən müasir
dövrdə ən populyar axtarış sistemlərindən sayılan
Google yaradıldı.

1997-ci ildə ilk rusdilli axtarış sistemi Yandex fəaliyyətə
başladı. Müasir dövrdə İnternet mühitində 3 ən
populyar, beynəlxalq axtarış sistemi fəaliyyət göstərir:
Google, Yahoo və MSN Search (Bing). Hər üç axtarış
sistemi öz verilənlər bazasına və axtarış alqoritminə
malikdir.

Bu gün İnternet mühitində
minlərlə axtarış sistemi fəaliyyət
göstərir. Lakin axtarış
sistemlərinin sayının çox
olmasına baxmayaraq İnternet
istifadəçilərinin çox hissəsi
Google və Yahoo serverlərinə
üstünlük verirlər. İnternet
istifadəçilərindən hər 10
nəfərdən 6-sı axtarış sistemləri
arasında lider sayılan Google
severinə müraciət etməyə
üstünlük verir.

Google axtarış sistemi olub, Amerikanın Google Inc. Şirkətinə aiddir. 8 milyardddan çox
veb-səhifəni indeksasiya edir. 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı
tapa bilir. Eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel,
Microsoft PowerPoint və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir. Google
Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılmışdır. 1996-cı ildə
BackRub axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm
əsasında 1998-ci ildə Google sistemini yaratdılar, baxmayaraq ki Google.com domen adı 15
sentyabr 1997-ci ildə qeydiyyatdan keçmişdir.

Google adı 10100 rəqəminin adından götürülmüşdür.

Axtarış Google-nin məlumat bazalarında axtarış yolu ilə həyata keçirilir. Onu da qeyd edək
ki, Google sisteminin məlumat bazaları Agent adlanan xüsusi proqramlar vasitəsilə
doldurulur və korrektə olunur. Minlərlə Google agent sistemləri, 24 saat müddətində,
İnternetdəki resursları (Web səhifələri) indeksasiya edərək, əldə olunan informasiyanı
uyğun məlumat bazalarına əlavə etməklə məşğuldurlar. İstifadəçinin Google sisteminə
daxil etdiyi axtarış sorğusu məhz bu məlumat bazalarında aparılır.

Daxil edilmiş sorğuya cavab verən minlərlə, bəzən milyonlarla Web səhifələr tapılır. Bu
səhifələrin hamısını bir-bir açaraq, onların məzmunu ilə tanış olmaq, vaxt nöqteyi
nəzərdən, demək olar ki, qeyri mümkündür. İstifadəçiyə lazım olan məlumatların tapılması
və axtarış dairəsini kiçiltmək üçün Google sorğu sisteminə inteqrasiya olunmuş xüsusi
operatorlardan istifadə olunur.

Google axtarış sistemində mövcud axtarış operatorları və onlarla işləmək qaydaları ilə
bağlı cədvəl verilmişdir. İnternet istifadəçisi bu operatorlardan tək və ya kompleks şəkildə
istifadə edərək effektiv axtarışı təşkil etmək imkanlarını əldə edə bilər.
Məhşur axtarış sistemləri
Google.com
Bing.com
Yandex.ru
Yahoo.com
Rambler.ru
Ara.com.tr
Amazon.com
Bıekko.com

similar documents