Beynəlxalq ərzaq və istehlak malları bazarı (Məryəm KAŞŞANOVA)

Report
Beynəlxalq İqtisadi Münasibətlər
Fənn:Beynəlxalq Bazar və Birjalar
Qrup:Dİ-4
Tələbə: Paşşanova Məryəm
Müəl. Elşən BAĞIRZADƏ
BEYNƏLXALQ ƏRZAQ VƏ
İSTEHLAK MALLARI BAZARI
Yeyinti sənayesi – dünya əhalisi üçün istehlak, ərzaq
məhsullarını istehsal edən müxtəlif biznes sahələrinin kollektiv
şəkildə birləşməsidir. Ərzaq sənayesi mürəkkəbə və qlobal
sənaye
sahəsidir.
Yalnız öz istehlak mallarını istehsal edən fermerlər müasir ərzaq
sanəyesindən kənarda hesab olunurlar.
Yeyinti sənayesinə daxildir:

Tənzimlənmə: ərzaq istehsalı və satışı sahəsində yerli, regional, milli və
beynəlxalq qanunlar, göstərişlər. Bura daxildir: ərzağın keyfiyyəti,
təhlükəsizliyi, həmkarlar

Təhsil: Akademik, peşə, məsləhət

Araşdırma və inkişaf: istehlak texnologiyası

Maliyyə xidmətləri: kredit, siğorta

İstehsal: toxum, kənd təsərrüfatı maşınları və avadanlıqları, aqrar tikinti,
gübrələr

Kənd təsərrüfatı: məhsul əkini, heyvandarlıq, dəniz məhsulları

Ərzaq emalı: bazar üçün təzə məhsulların hazırlanması, hazır ərzaq
məhsullarının emalı

Marketinq: Ümumi, yeni məhsulların tanıtmaq, cəmiyyətin rəyini
reklamlar, qablaşdırma, ictimai əlaqələr vasitəsilə öyrənmək

Topdansatış və paylaşdırma: anbarlar, nəqliyyat, maddi-texniki bazalar.
Sənayenin həcmi.

Emal olunmuş ərzaq məhsullarının satışı dünya üzrə
təxminən $3.2 trl (2004)

ABŞda hər il əhali ərzaq məhsullarına təxminən $1 trl
yəni ÜDMun 10%i xərcləyirlər.

16.5 mlndan çox adam yeyinti sənayesində çalışır.

Birləşmiş Krallıqda yeyinti sənayesi çox böyükdür:
təxminən yarım milyon əhali bu sahədə çalışır və illik
gəlir £70 mlrd.dır. Bu Bakıda ən böyük emal
sektorudur və bütün emal səneyesinin 15%ini əhatə
edir. Bakıda emal sənayesində çalışan əhalinin 13%i
yeyinti və içki sahəsinə mənsubdur.
Kənd təsərrüfatı:
Ərzaq,yem, lif istehsalı,
tələb olan müəyyən
bitkilərin becərilməsi,
əhəlləşdirilmiş heyvanların
artırılması prosesidir. Kənd
təsərrüfatı praktikada
fermaçılıq olaraq da bilinir.
Dünyada çox insan
qabaqcıl iqtisadi
məşğulliyəti olarq kənd
təsərrüfatı ilə məşğul olur,
lakin dünyanın ÜDMın
sadəcə 20%i kənd
təsərrüfatının payına düşür.
Ərzaq emalı:
Xam məhsulların əhalinin istehlakı üçün yararlı hala gətirilməsi
metod və texnikasının məcmusudur. Ərzaq emalı təmiş, yığılmış,
doğranmış, kəsilmiş komponentləri götürür və onlardan bazar
çıxarılması üçün məhsul istehsal edir.
Özəl sifariş əsasənda istehsal: Bu metodda istehlakçı öz zövqü
və istehlakı üçün məhsulu sifariş edir. Bu istehsal dizayn və
işçilərin iş qabliyyətindən asılı olaraq bir neçə gün çəkə bilər.
Seriyalı istehsal:
Bu istehsal növündə müəyyən məhsuldan
sadəcə bir qədər istehsal olunur və bazara
buraxılır. Bu metod istehlakçıların sayını
müəyyən etmək üçün istifadə olunur.
Kütləvi istehsal: Bazarda geniş yerə və
istehlakçı tələbinə malik məhsulların
istehsalı bura aiddir. Məsələn: şokoladlar,
hazır yeməklər, səhər yeməkləri, konservlər.
Anında istehsal: Bu metod əsasən qida
sahəsində istifadə olunur. Məsələn, sendviç
istehsalçıları. Məhsul üçün bütün
komponentlər hazırlanır və seçim
istehlakçıya buraxılır.
Topdansatış və bölüşdürmə:
Ərzaq məhsullarının müxtəlif
ərazilərə çatdırılması üçün qlobal
geniş nəqliyyat şəbəkəsi tələb olunur.
Bura daxildir: təchizatçılar, emal
edənlər, anbarlar, pərakəndə satıcılar
və istehlakçılar. Bəzi kompaniyalar
hazırlanma mərhələsində itirilmiş
vitamin, mineral və digər ehtiyac
duyularn komponentləri əlavə edir.
İƏT ölkələrinin topdansatış
bazarlarında (Latın Amerika, Asiya
ölkələri) supermarketlərin sayının
artması nəticəsində təzə yeyinti
məhsullarının əhəmiyyəti azalmağa
meyl göstərir.
Pərakəndə satış:
Əhalinin böyük qisminin şəhər ətrafə ərazilərdə toplanması hazır qidaları
tələbi artırır. Supermarketlər pərakəndə satışın əsas mərkəzlərindəndir, orada
minlərlə məhsul növünü tapmaq olur. Restoranlar, Kafelər, şirniyyat
mağazaları ərzaq məhsullarını əldə etmənin müasir yollarıdır.
Qida hazırlanması sahəsi son illərdə dramatik dəyişikliyə məzurqalmışdır.
Müasir dövrdə,2 ərzaq sektoru pərakəndə satış üzrə mübarizəaparır. Ərzaq
mağazaları təzə və xam məmulatların ev şəraitində hazırlanması üçün
istehlakçılara təqdim edir. Ərzaq xidmət sənayesi fərqli olaraq hazır , tam və
ya qismən hazır məhsulların istehlakçılara təqdim edilməsi ilə məşğul olur.

Yeyinti sənayesi texnologiyaları: Kənd təsərrüfatı
maşınları, əsas traktor, bu sahədə insan əməyini
azaltmışdır. Biotexnologiya daha çox dəyişiklik
gətirmişdir. Gübrə, bitki çoxaltmaqda və qida emalında bu
dəyişikliklər bariz şəkildə görünür.

Marketinq: Reklamlar, elanlar qida məhsulları haqqında
informasiyanın çatdırılmasında əsas yollardır. Əsas
kateqoriya isə hazır qida məmulatlarındadır.

Əmək və təhsil: Son 100 ilə qədər kənd təsərrüfatı
intensiv əmək tələb edən sahə idi. Fermaçılıq isə əsas
hissəni tuturdu. İllər boyunca bu sahə ilə maraqlanan və
məşğul olanların sayı azalmağa başladı. Məsələn, bir neçə
nəsil öncə ABŞda əhalinin təxminən 50%i fermaçılıqla
məşğul olurdusa bugün təxminən 1-2%i bu sahədə çalışır
və əhalinin 80%i şəhərlərdə yaşayır.

Tədqiqat (araşdırma) və inkişaf: Kənd təsərrüfatında
və yeyinti sahəsində tədqiqatların böyük qismi
universitetdəki tədqiqat mühitlərində aparılır. Layihələr
əsasən yeyinti sənayesində olan şirkətlər tərəfindən
maliyyələşdirilir. Bu səbəbdən də, akademik və ticarət
sahələri arasında birbaşa əlaqə mövcududur.
Ərzaq şirkətləri: Nestle, PepsiCo,Unilever, Kraft,
DuPont, Bunge Limited, Dole Food Company, JBS
S.A, Sysco Corp və.s
Qida
Qida və ya qida məhsulları orqanizmin ətraf
mühitdən əldə etdiyi üzvi və qeyri-üzvi maddələr
yığımıdır. Qidalar çox sadə kimyəvi maddələrdən
mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda
dəyişir.
İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir.
Onlar orqanizmi lazımi qədər
zülallar,
yağlar,
karbohidratlar,
mineral
maddələr,
vitaminlər və adi su ilə təmin etməlidir.
Zülallar
Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis
zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu
suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır.
Alimlər zülalı protein (yun. πρώτειος sözündən) adlandırmışlar. Bu da "birinci
yeri tutan" deməkdir. Zülallar orqanizmdə aşağıdakı fəaliyyətləri tənzimləyir:

Böyümə və yenilənmə
Orqanizm hissələrinin yaradılması
Enerji istehsalı
Hormon istehsalı

Oksigenin qanda daşınması



Yağlar
Yağlar müxtəlif olur: kərə yağı, mal piyi və s.
Maye halında olan bitki yağları da var, məsələn,
zeytun yağı, pambıq yağı, günəbaxan yagı,
badam yağı. Yağlar orqanizm üçün həm əsas
həm də ehtiyat enerji mənbələridir. Karbon,
oksigen və hidrogendən əmələ gəlib
karbohidratlar ilə oxşardır, lakin
karbohidratlardan daha az oksigen molekuluna
sahibdir. Suda həll olmur
Karbohidratlar
Qidanın digər tərkib hissəsi də karbohidratlardır. Bu
tanıdığınız nişasta və şəkərdir. Sıyıqda, çörəkdə,
kartofda, meyvə və giləmeyvələrdə, tərəvəzdə çoxlu
karbohidratlar orqanizmdə parçalanaraq, karbon
qazına və suya çevrilir. Onlar parçalanarkən, insanın
orqan və əzələləri işi üçün lazım olan enerji alınır.
Vitaminlər

Vitaminlər tərəvəz, meyvə, süd və başqa məhsullarda olur. Onlar orqanizm hüceyrələrinin normal işini
təmin edir. Vitaminlər iki yerə bölünür:

yağda həll olan vitaminlər (A, D, E, K)

suda həll olan vitaminlər. (B, C)
Qeyri Üzvi Maddələr
Mineral və Duzlar
Mineral maddələr bədəndəki bütün orqanlarda, toxumalarda, mayelərdə var.
Bədənin heç bir orqanı, heç bir hüceyrəsi natrium, kalsium, fosfor və başqa
mineral olmadan yaşaya bilməz. Adətən, onlar, duzların, zülalların və
həmçinin başqa mürəkkəb birləşmələrin tərkibinə daxildir.
Su
İnsan orqanizmi üçün gündə azı 2 litr su lazımdır. Axı bədənimizin 3/2
hissəsini su təşkil edir. Su orqanizmin əsas fəaliyyəti üçün lazımdır. Əgər
insan 3-4 gün ərzində su içməsə, bədəndəki suyun ehtiyatı azalar və o məhv
olar. Bitkilər digər üzvi və qeyri üzvi maddələri su vasitəsilə təmin edir. Suyun
belə əhəmiyyətli olması onun çox yüksək səth gərginliyinə sahib olması ilə
izah olunur. Kapillyarlar vasitəsilə suyun bitkilərdə yuxarı qalxmasının əsas
səbəbi budur.

similar documents