Beynəlxalq ərzaq və istehlak malları bazarı

Report
Müəl. Elşən BAĞIRZADƏ
1. Ərzaq və istehlak mallarının mahiyyəti.
2. Ərzaq və istehlak mallarının iqtisadiyyatı ve sosial
əhəmiyyəti.
3. Ərzaq və istehlak mallarının başlıca xarakteristikası.
4.Kənd təsərrüfatı məhsulları istehsalının ve Beynəlxalq
ticarətin müasir vəziyyəti.
5. Dayanıqlı istehlak mallarının istehsalı ve beynəlxalq ticarətin
vəziyyəti.
6.Ərzaq malları və dövlətlərin siyasəti.
7. Beynəlxalq ərzaq və istehlak malları bazarında Dövlətlərin,
şirkətlərin, və Beynəlxalq Təşkilatların rolu ( FAO)
Yeyinti sənayesi – dünya əhalisi üçün istehlak, ərzaq məhsullarını istehsal edən
müxtəlif biznes sahələrinin kollektiv şəkildə birləşməsidir.
Yeyinti sənayesinə daxildir
 Tənzimlənmə: ərzaq istehsalı və satışı sahəsində yerli, regional, milli və
beynəlxalq qanunlar, göstərişlər.
 Təhsil: Akademik, peşə, məsləhət
 Araşdırma və inkişaf: istehlak texnologiyası
 Maliyyə xidmətləri: kredit, siğorta
 İstehsal: toxum, kənd təsərrüfatı maşınları və
avadanlıqları, aqrar tikinti, gübrələr
 Kənd təsərrüfatı: məhsul əkini,
heyvandarlıq, dəniz məhsulları
 Ərzaq emalı: bazar üçün təzə məhsulların
hazırlanması, hazır ərzaq məhsullarının emalı
 Marketinq: Ümumi, yeni məhsulların tanıtmaq,
cəmiyyətin rəyini reklamlar, qablaşdırma, ictimai
əlaqələr vasitəsilə öyrənmək
 Topdansatış və paylaşdırma: anbarlar,
nəqliyyat, maddi-texniki bazalar
Kənd təsərrüfatı: ərzaq,yem, lif istehsalı, tələb olan müəyyən bitkilərin becərilməsi,
əhəlləşdirilmiş heyvanların artırılması prosesidir.
 Kənd təsərrüfatı praktikada
fermaçılıq olaraq da bilinir
 Dünyada çox insan qabaqcıl
iqtisadi məşğulliyəti olarq kənd
təsərrüfatı ilə məşğul olur
 Dünyanın ÜDM-nin sadəcə 20%i
kənd təsərrüfatının payına düşür
 Kənd təsərrüfatı daha çox
əhalinin gələcək ərzaq tələbatı
rolunu oynayır
Ərzaq emalı: xam məhsulların əhalinin istehlakı üçün yararlı hala gətirilməsi
metod və texnikasının məcmusudur
Ərzaq emalı təmiz, yığılmış, doğranmış, kəsilmiş komponentləri götürür və
onlardan bazar çıxarılması üçün məhsul istehsal edir
Ərzaq istehsalının növləri
Özəl sifariş əsasənda istehsal: Bu metodda istehlakçı öz zövqü və istehlakı üçün
məhsulu sifariş edir. Bu istehsal dizayn və işçilərin iş qabliyyətindən asılı olaraq bir
neçə gün çəkə bilər
Seriyalı istehsal: Bu istehsal növündə müəyyən məhsuldan sadəcə bir qədər istehsal
olunur və bazara buraxılır. Bu metod istehlakçıların sayını müəyyən etmək üçün
istifadə olunur
Kütləvi istehsal: Bazarda geniş yerə və istehlakçı tələbinə malik məhsulların
istehsalı bura aiddir. Məsələn: şokoladlar, hazır yeməklər, səhər yeməkləri,
konservlər
Anında istehsal: Bu metod əsasən qida sahəsində istifadə olunur. Məsələn,
sendviç istehsalçıları. Məhsul üçün bütün komponentlər hazırlanır və seçim
istehlakçıya buraxılır
Topdansatış və bölüşdürmə: Ərzaq məhsullarının müxtəlif ərazilərə çatdırılması
üçün qlobal geniş nəqliyyat şəbəkəsi tələb olunur. Bura daxildir: təchizatçılar, emal
edənlər, anbarlar, pərakəndə satıcılar və istehlakçılar. Bəzi kompaniyalar
hazırlanma mərhələsində itirilmiş vitamin, mineral və digər ehtiyac duyularn
komponentləri əlavə edir. İƏT ölkələrinin topdansatış bazarlarında (Latın Amerika,
Asiya ölkələri) supermarketlərin sayının artması nəticəsində təzə yeyinti
məhsullarının əhəmiyyəti azalmağa meyl göstərir
Pərakəndə satış: Əhalinin böyük qisminin şəhər ətrafə ərazilərdə toplanması hazır
qidaları tələbi artırır. Supermarketlər pərakəndə satışın əsas mərkəzlərindəndir,
orada minlərlə məhsul növünü tapmaq olur. Restoranlar, Kafelər, şirniyyat
mağazaları ərzaq məhsullarını əldə etmənin müasir yollarıdır
Qida hazırlanması sahəsi son illərdə
dramatik dəyişikliyə məzur qalmışdır.
Müasir dövrdə,2 ərzaq sektoru
pərakəndə satış üzrə mübarizə aparır.
Ərzaq mağazaları təzə və xam
məmulatların ev şəraitində
hazırlanması üçün istehlakçılara
təqdim edir. Ərzaq xidmət sənayesi
fərqli olaraq hazır , tam və ya qismən
hazır məhsulların istehlakçılara təqdim
edilməsi ilə məşğul olur
Yeyinti sənayesi texnologiyaları: Kənd təsərrüfatı maşınları, əsas traktor, bu
sahədə insan əməyini azaltmışdır. Biotexnologiya daha çox dəyişiklik gətirmişdir.
Gübrə, bitki çoxaltmaqda və qida emalında bu dəyişikliklər açıq şəkildə görünür
Marketinq: Reklamlar, elanlar qida məhsulları haqqında informasiyanın
çatdırılmasında əsas yollardır. Əsas kateqoriya isə hazır qida
məmulatlarındadır
Əmək və təhsil: Son 100 ilə qədər kənd təsərrüfatı intensiv əmək tələb edən sahə
idi. Fermaçılıq isə əsas hissəni tuturdu. İllər boyunca bu sahə ilə maraqlanan və
məşğul olanların sayı azalmağa başladı. Məsələn, bir neçə nəsil öncə ABŞda
əhalinin təxminən 50%i fermaçılıqla məşğul olurdusa bugün təxminən 1-2%i bu
sahədə çalışır və əhalinin 80%i şəhərlərdə yaşayır
Tədqiqat (araşdırma) və inkişaf: Kənd təsərrüfatında və yeyinti sahəsində
tədqiqatların böyük qismi universitetdəki tədqiqat mühitlərində aparılır.
Layihələr əsasən yeyinti sənayesində olan şirkətlər tərəfindən maliyyələşdirilir.
Bu səbəbdən də, akademik və ticarət sahələri arasında birbaşa əlaqə
mövcududur
Ərzaq sənayesinin həcmi
 Emal olunmuş ərzaq məhsullarının satışı dünya üzrə təxminən $3.2 trl (2004)
 ABŞda hər il əhali ərzaq məhsullarına təxminən $1 trl yəni ÜDMun 10%i
xərcləyirlər
 Dünyada 16.5 milyondan çox adam yeyinti sənayesində çalışır
 Birləşmiş Krallıqda yeyinti sənayesi çox böyükdür: təxminən yarım milyon
əhali bu sahədə çalışır və illik gəlir £70 mlrd.dır
Ərzaq şirkətləri: Nestle, PepsiCo,Unilever, Kraft, DuPont, Bunge Limited, Dole
Food Company, JBS S.A, Sysco Corp
2010-cu ilin göstəricilərinə əsasən ərzaq istehsalı üzrə lider ölkələr
Əsas taxıl istehsalçıları – Çin, Hindistan, ABŞ, Fransa, Rusiya
Əsas süd məhsulları istehsalçıları – ABŞ, Hindistan, Çin, Braziliya, Almaniya
Əsas ət istehsalçıları – ABŞ, Braziliya, Çin, Argentina, Avstraliya, Yeni Zelandiya,
Sudan, İran
Əsas tərəvəz istehsalçıları – Çin, Hindistan, Vyetnam, Nigeriya, Filippin, Yaponiya,
Koreya
Qlobal ərzaq problemləri
 Dünyadakı mövcud çirklənmənin 50 % i son 35 ildə meydana
gəlmişdir
 2050-ci ilə qədər dünya əhalisinin sayı 9 milyarda qədər artması
və dünya iqtisadiyyatının 135 trilyon dollara çatmağı gözlənilir.
 Bugünki dəyişmə bu sürətlə dava edərsə bunu qarşılmaq üçün
təbii sərvətlər yetərli olmayacaq.
 Əgər bütün dünya qərb ölkələri ilə eyni miqdarda xərcləmə
etsəydi bu xərcləri qarşılamaq üçün 5 dənə əlavə dünya lazım
olacağdı.

similar documents