Hava x*rit*l*ri - meteonaa.esy.es

Report
MİLLİ AVİASİYA
AKADEMİYASI
Hava xəritələri
Hər hansı ərazidə hava şəraitinin xarakteri və
xüsusiyyətləri atmosfer cəbhələrinin vəziyyəti, barik
sistemin növü ilə müəyyən olunur.
Atmosfer proseslərinin təhlili və hava proqnozlarında
müxtəlif vasitələrdən istifadə olunur:
1. Hava xəritələri:
a) yerüstü;
b) yüksəklik.
2. Diaqram və qrafiklər:
a) aeroloji diaqramlar;
b) şaquli kəsiklər;
c) köməkçi nomoqramlar, qrafiklər.
Yer səthində aparılan meteoroloji müşahidələrin əsasında
yerüstü sinoptik xəritələri tərtib olunur və onlar iki növ olurlar:
- əsas sinoptik xəritələr;
- dairəvi sonoptik xəritələr.
Əsas sinoptik xəritələr 00°°, 06°°, 12°° və 18°°
müşahidələrinin nəticələrinə görə tərtib edilirlər. Dairəvi
xəritələr isə hər üç saatdan bir hazırlanır.
Sinoptik xəritələr əsas müddət üçün tərtib edilməklə
böyük əraziləri əhatə edir. Dairəvi xəritələr meteoroloji
nöqteyi-nəzərdən əsas hava xəritələrinə nisbətən kiçik əraziləri
əhatə edirlər.
Atmosferin radiozond məlumatlarına əsasən yüksəklik
xəritələri tərtib olunur. Yüksəklik xəritələrinə ilk növbədə
barik topoqrafiya xəritələri aid edilir. Barik topoqrafiya
xəritələri mütləq (MT) və nisbi (NT) omaqla iki yerə
bölünürlər.
Yerüstü xəritə
Mütləq barik topoqrafiya xəritələri izobarik səthlərdə
geopotensial hündürlüklər, temperatur, şeh nöqtəsinin
çatışmazlığı və külək haqqında məlumatları əks etdirirlər.
Hal-hazırda hava xidmətlərində MT850, MT700, MT500,
AT400, MT300, MT200, MT100, MT50 xəritələrindən isifadə
edilir. Qeyd edilən izobarik səthlərin yerləşdikləri
hündürlüklər uyğun olaraq cədvəl 1-də göstərilmişdir.
Mütləq topoqrafiya xəritələrində izobarik səthlərin
dinamik
hündürlüklərini
ifadə
etmək
üçün
geopotensiallardan istifadə olunur. Vahid hava kütləsi
ilkin səviyyədən yuxarı izobarik səthlərə qalxması zamanı
ağırlıq qüvvəsinə qarşı müəyyən iş (H=gz) görməlidir ki,
bu iş cazibə qüvvəsinin potensialı və ya geopotensial
adlanır.
Geopotensiallar dinamik yüksəkliyi ifadə edirlər.
Geopotensialı ölçmək üçün geopotensial dekametr
(gp.
dkm) anlayışından istifadə olunur və əksər hallarda aşağıdakı
düsturla hesablanır:
p1
H  6.74Tlg
p2
p2
p1
Hər-hansı izobarik səthin ondan aşağıda yerləşmiş səthə
nisbətən topoqrafiya xəritəsinə nisbi topoqrafiya xəritəsi
deyilir və iki səth arasında qalan qatın proyeksiyasının
qalınlığını ifadə edir. Eyni zamanda nisbi topoqrafiya xəritəsi
p1və p2 izobarik səthləri arasında qalan təbəqənin orta
temperaturunun paylanması sahəsini xarakterizə edir.
500
Operativ işdə adətən NT1000
xəritəsindən istifadə olunur.
Cədvəl 1
Əsas izobarik səthlər və onların hündürlükləri
Əsas izobarik
səthlərdə təzyiq,
hPa
Orta yüksəklik, km
Əsas izobarik
səthlərdə təzyiq,
hPa
Orta yüksəklik, km
1000
0
500
5.5
950
1.0
400
7.0
900
1.2
300
9.0
850
1.5
200
11.8
800
2.0
100
16.0
700
3.0
50
20.6
600
4.0
30
24.0
Aeroloji
diaqramlar
ayrı-ayrı
məntəqələrdə
atmosferin zondlama məlumatlarının təhlili məqsədilə
qurulur.
Aeroloji diaqramlar hündürlükdən asılı olaraq təzyiq,
havanın temperaturu,
nisbi rütubətlik,
küləyin
xüsusiyyətlərinin dəyişməsini təhlil etməyə imkan verir.
Atmosferin şaquli fəza kəsikləri eyni bir zaman anı
üçün təqribən bir düz xətt üzərində yerləşən bir neçə
məntəqənin radiozond məlumatlarına əsasən qurulmuş
qrafiklərdir.
Qeyd olunanlarla yanaşı sinoptik şəraitin təhlilində
maksimal külək xəritələri, tropopauza xəritələribuludluq
sahələrinin xəritələrindən də istifadə olunur.
Yerüstü hava xəritələrinin təhlili
Yerüstü hava xəritələrinin işlənməsi aşağıdakı
ardıcıllıqla həyata keçirilir:
1. İzobarların çəkilməsi, alçaq və yüksək təzyiq
sahələrinin mərkəzlərinin aşkar edilməsi;
2. Barik tendensiya izoxətlərinin (izotendensiyaların)
çəkilməsi;
3.Yağıntı və digər atmosfer hadisələrinin xüsusi
rənglərlə ayrılması;
4. Cəbhə xətlərinin çəkilməsi;
5. Siklon və antisiklonların mərkəzlərinin əvvəlki
vəziyyətlərinə görə yerdəyişməsinin təyini.
İzobarlar qara qələmlə bütöv xətlərlə əsas hava
xəritələrində 5 hPa, dairəvi xəritələrdə isə 2,5 hPa-dan bir
keçirilir. İzobarlar keçirilərkən qonşu məntəqələrdə
atmosfer təzyiqinin qiymətləri interpolyasiya edilir və bu
zaman məntəqələrdə küləyin sürət və istiqaməti nəzərə
alınır.
Bütün izobarların başlanğıc və son uclarında tam
hektopaskallarla təzyiqin qiyməti qeyd olunur, qapalə
izobarlarda isə onların birləşdiyi yerlərdə yazılır. Alçaq
təzyiq sahələrinin mərkəzlərində qara qələmlə A, yüksək
təzyiq sahələrinin mərkəzlərində isə Y hərfi qeyd edilir.
Dağlıq rayonlarda bəzən dağ silsilələri boyunca
izobarların kəskin sıxlaşması müşahidə olunur ki, bu da
küləyin həqiqi sürətinə uyğun gəlmir. Belə hallarda dağ
silsilələri boyunca dalğalı xətlərlə oroqrafik izobarlar
çəkilir.
İzotendensiyalar qara qələmlə nazik qırıq-qırıq
xətlərlə 1 hPa-dan bir çəkilir. 0 hPa izotendensiyası böyük
sahələrdə təzyiqin zəif dəyişmələrində çəkilir. Təzyiqin
güclü dəyişməsi halında izotendensiyalar 2hPa-dan bir
çəkilir. Təzyiqin azalma sahələrinin mərkəzindı qırmızı
qələmlə A (azalma) hərfi, təzyiqin artma sahələrinin
mərkəzlərində Y (artma) hərfi qedy edilir.
Aramsız yağıntı sahələri yaşıl rəngli qələmlə, duman
və çən sahələri sarı rəngli qələmlə fərqləndirilir. Digər
atmosfer hadisələri müvafiq şərti işarələrvə rənglərlə qeyd
olunurlar.
Göy rənglə soyuq atmosfer cəbhələri, qırmızı rənglə
isti cəbhələr, bənövşəyi rənglə isə okklyuziya cəbhələri
fərqləndirilir.
Bütün deyilənlər yerüstü hava xəəritəsinin bir
nümunəsi kimi aşağıdakı şəkildə verilmişdir.
Şəkil 3. Yerüstü hava xəritələrinin təhlili
Barik topoqrafiya xəritələrinin təhlili
Mütləq topoqrafiya xəritələrinin təhlili. Bu zaman
Əməliyyatlar aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. İzohipslərin çəkilməsi – hər 4 gp.dkm-dən bir çəkilir.
2. Yerüstü xəritəyə əsasən yüksəklidə siklon və
antisiklonların mövqeyi qeyd edilir.
3. İzotermlər MT850 və MT700xəritələrində qırmızı
qələmlə bütöv xətlərlə hər 2°C-dən bir çəkilir. 0°izotermi
qırıq-qırıq xətlərlə qeyd edilir.İsti adveksiyası sahələrinin
mərkəzlərində qırmıızı qələmlə İ hərfi (isti), soyuq
adveksiyası sahələrinin mərkəzlərində göy qələmlə S hərfi
(soyuq) yazılır.
4. Calnız AT850 xəritələrində cəbhə xətləri qeyd edilir.
Cəbhə xətlərini izotermlərdən fərqləndirmək üçün onları qara
qələmlə müvafiq şərti işarələri ilə qeyd edirlər.
Cəbhə xəttinin keçirilməsi üçün əsas əlamətlər
aşağıdakılardır:
- Əksər hallarda cəbhə xətti təzyiq çökəkliyi boyunca
keçir.
- Cəbhə xətti boyunca küləyin konvergensiyası
müşahidə olunur.
- Cəbhə xəttindən keçərkən havanın temperaturunun
sıçrayışları (3-5°C, bəzən isə 10°C) müşahidə olunur.
- Barik tendensiya adətən cəbhənin hər iki tərəfində
fərqlənir. İsti cəbhə qarşısında, adətən, təzyiqin enmə
sahəsi, soyuq cəbhə arxasında təzyiqin qalxma sahəsi,
okklyuziya cəbhəsi qarşısında təzyiqin düşmə sahəsi,
arxasında isə təzyiqin artma sahəsi müşahidə olunur.
5. MT850 və MT700 xəritələrində izallohipslər, yəni
son 12 və ya 24 saat ərzində geopotensial hündürlüklərin
eyni dəyişmələrə malik nöqtələrini birləşdirən xətlər hər 4
gp. dkm-dən bir qara qələmlə qırıq-qırıq keçirilir.
6. Bütün izobarik səviyyələrdə rütubətli ərazilər (şeh
nöqtəsinin çatışmazlığı 0-2° olan ərazilər) yaşıl rənglə
ştrixlənir.
MT850 xəritəsinin təhlili
MT700 xəritəsinin təhlili
MT500 xəritəsinin təhlili
Nisbi topoqrafiya xəritələrinin təhlili
1. Qara qələmlə hər 4 gp.dkm-dən bir izohipslər keçirilir.
500
H1000
-in ən kiçik qiymətlərinə malik qapalı izohipslərin içərisində
500
soyuq sahəsi qara qələmlə qeyd edilir, eynilə isti sahəsi H1000
-in ən
böyük qiymətinə malik qapalı izohipslər daxilində qeyd edilir.
2. İzallotermlər, daha dəqiq nisbi hündürlüklərin izallohipsləri
500
hər 4 gp.dkm, yəni 2°C-dən bir (son 12 və ya 24 saat ərzində H1000
dəyişməsini xarakterizə edən izoxətt) keçirilir.
Temperaturun qalxma sahəsinin mərkəzində indeksində
temperaturun maksimal qalxması göstərilməklə İ (isti),
temperaturun azalma sahəsində isə indeksi göstərilməklə S (soyuq)
qeyd edilir.
3. Yerüstü xəritədən cəbhə xətləri köçürülür.
Nisbi topoqrafiya xəritəsinin təhlili (500/1000 hPa)
Qeyd edilən əsas sinoptik xəritələrdən başqa,
praktikada köməkçi hava xəritələrindən də istifadə edilir.
Onlara misal olaraq maksimal külək xəritələrini,
tropopauza xəritələrini qeyd etmək olar.
Maksimal külək xəritələri müxtəlif hündürlüklərdə
güclü küləklər haqqında köməkçi xəritələrdir.
Bu
xəritələrin təhlili zamanı – 1) 30 m/s izotaxı ilə
haşiyələnmiş maksimal külək sahəsi ştrixlənir(yaşıl
qələmlə); 2) şırnaq axınının oxu qeyd olunur; 3) maksimal
külək sahəsinin mərkəzi qırmızı rənglə ştrixlənir və
ştrixlənmiş sahənin daxilində maksimal küləyin qiyməti və
çırnaq axınının hündürlüyü qeyd olunur; 4) yerüstü
xəritələrdə əsas barik sistemlərin mərkəzləri bu xəritəyə
köçürülür.
Tropopauza xəritələri vasitəsilə hər bir məntəqədə
tropopauza səviyyəsinin hündürlüyü, həmin səviyyədə külək
(istiqaməti və sürəti), havanın temperaturu, şeh nöqtəsinin
çatışmazlığı verilir.
Tropopauza səviyyəsinin təhlili üçün barik topoqrafiya xəritəsi
Hava proqnozları tərtib edilərkən barik
sahələrin mərkəzlərinin gələcək vəziyyəti,
onlarla əlaqədar olan gözlənilən atmosfer
hadisələrininproqnozu baxımından 24 və 36
saatlıq proqnoz xəritələrinin təhlili də xüsusi
praktiki əhəmiyyət kəsb edir.
Bütün qeyd edilən xəritələrdən başqa
aviasiya hava xidməti idarələrində müxtəlif
eşelonlar üçün təhlükəli atmosfer hadisələri,
temperatur və külək haqqında proqnostik
xəritələr də praktiki baxımdan çox faydalıdır.
Aşağı eşelonlar üçün (100-450 FL) təhlükəli atmosfer hadisələri xəritəsi
Aşağı eşelon üçün (180FL) proqnostik temperatur və külək xəritəsi
Aeroloji diaqramlar və atmosferin şaquli
fəza kəsimlərinin qurulması
Meteoroloji bölmələrdə müxtəlif hava xəritələri ilə
bərabər aeroloji müşahidələrin nəticələrinə görə xüsusi
qrafiklər, blanklar tərtib olunur ki, bunlara aeroloji diaqramlar
deyilir. Bu diaqramlar atmosferin, əsasən də onun aşağı qatı
olan troposferin vəziyyətini təhlil etmək üçün ən mühüm
vasitələrdəndir.
Aeroloji diaqramlar bir-birindən əsas və köməkçi
şkalalar,
atmosferin
müxtəlif
xüsusiyyətlərini
səciyyələndirən izoxətlərə görə fərqlənirlər. Aşağıdakı
aeroloji diaqramlar mövcuddur:
1. Refstal emaqramları (x=T; y=-R ln p);
2. Şou tefiqramları (x=T;y=φ);
3. Revstal aeroqramları (x=ln T; y=-RT ln p);
4. Rosbiqramlar (x=s; y=θ);
5. Layxtman zondoqramları (x=ln T; y=Tφ).
Burada, T – temperatur, P – təzyiq,  - entropiya, S –
qarışığın xüsusi rütubətliyə görə nisbəti, θ – potensial
temperatur, R – universal qaz sabitidir.
Keçmiş SSRİ-də aeroloji diaqramlar ÜMT-nın təklifi
ilə 3 formada hazırlanırdı. Bu zaman hər 3 forma (x=T;
y=p0,286) koordinatları ilə müəyyənləşdirilir. Bu
blanklardan ikisi çəpbucaqlı koordinat sistemində
atmosferin zondlama məlumatlarının 1050-100 hPa
təbəqəsində təhlili üçün nəzərə tutulur. Onlardan biri
temperaturun 40°C-dən (-20°C)-dək diapazonunu
əhatəetməklə ilin isti fəsli üçün (ADÇİ), digəri isə
temperaturun 10°C-dən (-55)°C-dək diapazonunu əhatə
etməklə ilin soyuq dövrü (ADÇS) üçün nəzərdə
tutulmuşdur.
Üçüncü
blank
düzbucaqlı
təzyiq-temperatur
koordinat sistemində (P-T) tərtib olunmuşdur. Bu blank
atmosferin 1050-10 hPa təbəqəsində temperatur-külək
zondlamasının məlumatlarını təhlil etmək üçün nəzərdə
tutulmuşdur.
Aeroloji diaqram blanklarında aşağıdakı izoxətlər
qeyd olunmuşdur: izotermlər – izobarlara 50° bucaq
altında sağ tərəfə meyl ilə çəkilmiş qəhvəyi xətlər;
izoqramlar (qarışığın nisbəti əyriləri) – izobarlara
nisbətən sol tərəfə meylliklə çəkilmiş yaşıl xətlər; quru
adiabatlar (eyni potensial temperatura malik xətlər) - sol
tərəfə meyilliklə çəkilmiş qəhvəyi tam xətlər; rütubətli
adiabatlar (daimi potensial emperatur əyriləri) – yaşıl
qırıq-qırıq xətlər.
Aeroloji diaqram blanklarında atmosferin zondlama
məlumatlarına əsasən aşağıdakı əməliyyatlar həyata
keçirilir:
1. İnversiya təbəqələri sarı qələmlə fərqləndirilir. İnversiya
təbəqəsinin üzərində təbəqənin ∆h qalınlığı metrlə, temperatur
artımının qiyməti ∆T və inversiyanın tipi qeyd edilir.
2. Tropopauzanın sərhəddi qəhvəyi qələmlə, hündürlüyu
göstərilməklə və müvafiq hündürlüklərdə havanın temperaturu
qeyd edilir. Temperaturun 0, -10 və -20°C qiymətlər aldığı
hündürlüklər qırmızı qələmlə qeyd olunur.
3. Vizual müşahidələrə əsasən bulud təbəqələri (forması
göstərilməklə), yağıntı sahələri (növü göstərilməklə),
buzbağlama sahəsi ψ, sirkələnmə sahəsi müvafiq şərti işarə ilə
qeyd olunur.
Şəkil . Aeroloji diaqram

similar documents