Qe*talt terapiya

Report
Hazırladı:Quliyeva Nərmin,Cəfərli Fidan
Amerika psixoloqu F.Perls bu metodu
geştalt psixologiya ekzistensializm
ideyalarının təsiri altında yaratmış və
böyük şöhrət qazanmışdır. F.Perlz
geştalt psixologiya çərçivəsində qəbul
edilmiş fiqurların qanunauyğunluğunu
əsaslandırılmış insan davranışı
sahəsinə çevirmişdir. Tələblərin əmələ
gəlməsi və təmin edilməsinə o,
formalaşma ritmi kimi baxmış və
bununla da geştaltı bitmiş hesab
etmişdir. Insan özü ilə və onu əhatə
edən aləmlə tarazlıq mövqeyində olur.
Özü-özü kimi olmaq, öz “Mən”ini həyata
keçirmək, bütün tələb və istəklərini
reallaşdırmaq və ya bunlara meyllik-bu
hormonik sağlam şəxsiyyətin roludur.
Öz şəxsi tələblərindən zövq almaq
istəyinə xroniki mane olan insan, öz
“Mən”inin həyata keçməsindən imtina
edir və getdikcə kənardan gələn
dəyərlərin axtarışına başlayır. Bu da
orqanizmin özünü tənzimləmə
prosesinin pozulmasına gətirib çıxarır.
Geştalt terapiyaya görə, orqanizm tam
bir varlıqdır və davranışın istənilən
aspekti tam insan varlığının təzahürü
kimi özünü biruzə verir. Insan böyük,
geniş tarlanın bir hissəsi kimidir:
orqanizm-mühit.

Sağlam şəxsiyyətdə mühitlə sərhəd hərəkətdədir:
müəyyən tələbatın yaranması mühitlə “kontakt” tələb
edir və geştaltı formalaşdırır, tələbatdan məmnunluq
geştaltı tamamlayır və mühitdə “itki” tələb edir.
Nevroloji şəxsiyyətdə “kontakt” və “itki” prosesləri
özünü açıq-aşkar bildirir, adekvat məmnunluq
tələbatı yaratmır. F.Perlz şəxsiyyət artımına
özünüdərketmə zonasının prosesi kimi baxır. Bu
özünütənzimləməyə gətirib çıxarır və insanın daxili
aləmi ilə mühit arasında tarazlığı tamamlayır.F.Perlz
düşüncənin üç zonasını ayırd edir:
1.Daxili-bizim bədənimizdə əmələ gələn hallar və gedən
proseslər.
2. Xarici-şüur ilə dərk edilən xarici proseslər.
3. Orta-fantaziyalar, münasibətlər, etiqad.
Nevroz halında meyllik orta zonaya yönəlir (iki zona
çıxarılmaqla). Fantaziyaya, izahatlara həddindən artıq
meyllik şüurun təbii ritm prosesini pozur, pasiyentin bu
gününə zərbə vuran keçmişi və gələcəyi barədə
fikirlərini cəmləməyə vadar edir və geştaltı tamamlamaq
ancaq “indi və burada” məqamlarında mümkün olur.
F.Perlzin fikrincə, insanlarda psixi pozğunluq, onların
şəxsiyyətinin tam varlıq, yəni geştalt təşkil etmədiyinə
görə baş verir.
Pasiyentlərin əksəriyyətində stress öz şəxsi fikirləri və hissləri ilə kontaktına mane olan
düşünülməmiş konfliktlərin nəticəsində baş verir. Geştaltterapiya insanı öz şəxsi fantaziyalarını
yaşamağa, şəxsi emosiyalarını dərk etməyə, səs intonasiyasına nəzarət etməyə, əllərin və gözlərin
hərəkətinə fikir verməyə vadar edir. F.Perlzə görə, bütün pozuntuların əsasını şəxsiyyətin mühitlə
optimal tarazlığının və özünütənzimləmə prosesinin pozulması təşkil edir. Geştalt terapiyada
özünütənzimləmə prosesinin pozulmasının beş əsas mexanizmi ayırd edilir:
1) introyeksiya;
2) proyeksiya;
3) retrofleksiya;
4) defleksiya;
5) konfluyensiya.





Introyeksiya zamanı insan digər adamların davranış normalarını, nümunələrini, onların
qiymətləndirilməsini, hisslərini, baxışlarını, əminliyini mənimsəyir, öz şəxsi təcrübəsi ilə ziddiyyətə
girir. Bu bəzən insanın öz şəxsiyyəti ilə uyğun gəlmir (assimilyasiya olunur). Belə assimilyasiya
olunmayan təcrübə-introyekt-insan şəxsiyyəti üçün yad bir haldır. İlkin introyektlərə valideyn
tövsiyələri xarakterikdir. Uşaq böyüdükcə introyektləri və öz şəxsi əqidəsini ayırmaq çətinləşir: “o,
başqalarının ondan nə istədiyi haqda fikirləşir”.
Proyeksiya –introyeksiyanın tam əksidir. Proyeksiya zamanı ona xas olan keyfiyyətləri özündən
uzaqlaşdırır, çünki onlar pasiyentin “Mən” konsepsiyasına uyğun gəlmir. Proyeksiya nəticəsində
əmələ gələn dəyişikliklər introyektlərlə doldurulur. “O, başqa şeyi onu günahkar bildiyi kimi edir”.
Retrofleksiya –özünə tərəf çevirmə. Hər hansı tələbatın blokadalaşdırılmış, sosial mühit tərəfindən
təmin oluna bilməməsi hallarında müşahidə olunur. Bu zaman xarici mühitdə manipulyasiya üçün
təyin edilmiş enerji onun özünə tərəf yönəlir. Belə aqressiv hisslər-təmin olunmamış tələblər və ya
tamamlanmamış geştalt kimi hesab edilir. “O özünə başqasına etmək istədiyi kimi edir”retrofleksiya belə hallarda əzələ sıxılmalarında özünü göstərir. “Mən” və digərləri arasında yaranan
ilkin konflikt daxili şəxsi konfliktə çevrilir. Məsələn, “Mən özümü bunu eləməyə məcbur etməliyəm”.
Defleksiya –real kontaktan uzaqlaşmadır. Defleksiyaya malik olan insan başqa adamlarla problemli
vəziyyətlərlə bilavasitə kontaktda olmaqdan qaçır. Defleksiya özünü çərənləmək formasında,
rituallıq, konfliktli vəziyyətdə “tumarlamaq” tendensiyası kimi biruzə verir.
Konfluyensiya (birləşmə və ya qovuşma) -“Mən” və ətrafdakılar arasında sərhədin pozulması ilə
ifadə olunur. Belə pasiyentlər öz fikirlərini, hisslərini və arzularını başqalarından çətinliklə ayırırlar.
Belə insanlar öz şəxsi davranışlarını təsvir etdikdə “Mən” əvəzliyi yerinə “Biz” əvəzliyindən istifadə
edirlər. Konfluyensiya pasiyentin öz şəxsi “Mən”indən inkar etdiyi halda özünü göstərən müdafiə
mexanizmidir. Nəticədə dixotomik fraqmentlər üzə çıxır: “kişi-qadın”, “aktiv-passiv”, “rasionallıqemosionallıq”, “asılılıq-uzaqlıq” və s.
“Tamamlanmamış iş”


“Tamamlanmamış iş” anlayışı geştalt korreksiyada mərkəzi
yerlərdən birini tutur. “Tamamlanmamış iş”-onu bildirir ki, əhəmiyyət
verilməyən emosiyalar baş verənlərin aktual dərk edilməsi
prosesini əngəlləyir. F.Perlzə görə, “tamamlanmamış iş”in tez-tez
rast gəlinən və çox pis görünən növlərindən biri inciklikdir ki, bu da
əlaqələri pozur. “Tamamlanmamış işi” tamamlamaq üçün
emosional ləngimədən azad olmaq lazımdır ki, bu da geştalt
korreksiyanın ən vacib məqamlarından sayılır. “Uzaqlaşmaq,
kənarlaşmaq”-geştalt terapiyanın digər vacib terminlərindən biri də
budur. Bu anlayış özünü etirafla əlaqədar davranış
xüsusiyyətlərində biruzə verir və tamamlanmamış işin xoşagəlməz
duyğuları ilə əlaqələndirilir.
Geştalt korreksiya prosesində pasiyent öz həqiqi şəxsiyyətini dərk
etmək üçün F.Perlzin nevrozun səviyyələri adlandırdığı beş
səviyyədən keçməlidir:






Birinci səviyyə-saxta münasibətlərin, oyun və rolların səviyyəsidir. Bu, saxta rol davranışının bir
qatıdır, oynanılan rollar və stereotiplərdir. Nevroloji şəxsiyyət öz “Mən”inin reallaşmasını inkar edir
və başqa adamların ümidlərinə əsasən yaşayır. Nəticədə insanın şəxsi məqsədləri və tələbləri
təmin edilmir. İnsan məyus, ümidsiz olur və öz varlığına biganə yanaşır.
İkinci səviyyə- fobik səviyyədir. Bu-öz saxta hərəkətlərini və əməllərini dərk etməklə əlaqədar
yaranan qorxu hissidir. İnsan dərk edir ki, özünü səmimi apararsa-hansı nəticələr törənə bilər.
Belə halda onu qorxu hissi bürüyür. Insan özünün kim olduğundan qorxur. Qorxur ki, cəmiyyət
onun ostrakizmini rədd edər və beləliklə, müştəri öz ağrılı təəssüratları ilə toqquşmadan qaçmağa
can atır.
Üçüncü səviyyə- ümidsizlik və çıxılmaz vəziyyət səviyyəsidir. Bu səviyyə onunla xarakterizə
olunur ki, insan çıxılmaz vəziyyətə düşür və nə edəcəyini, hara gedəcəyini bilmir. O, itkini
kənardan seyr edir, həyəcan keçirir, lakin öz şəxsi resurslarından istifadə etməyə nə hazır deyil,
nə də bunu heç istəmir. Beləliklə, o çıxılmaz vəziyyətdən kənarlaşmaqdan qorxaraq, özünü
saxlayır. Bu məqamlar müştərinin öz şəxsi acizliyi ilə bağlıdır.
Dördüncü səviyyə- imploziya-daxili təlaş, təşviş, iztirab, ümidsizlik, özünə qarşı nifrət-belə
fikirlərlə insan özü-özünü məhdudlaşdırır və kiçildir. Bu səviyyədə pasiyent ölüm qorxusu hiss edir.
Bu məqamlar insan daxilindəki çox sayda enerjinin toplanaraq, onun daxili qüvvələrilə toqquşması
ilə bağlıdır. Bu təzyiqin yaranması nəticəsində, pasiyentə elə gəlir ki, onu məhv etmək istəyirlər.
Məyus olan insan belə bir qərar verir: “Özüm bununla məşğul olacağam və özüm bu işlə
bacaracağam” .
Beşinci səviyyə- eksploziya, partlayış səviyyəsidir. Pasiyent bütün saxtakarlıqları öz üzərindən
ataraq, öz həqiqi “Mən”indən uzaqlaşaraq həyatını yaşamağa davam edir.
Beləliklə, geştalt korreksiya-şəxsiyyətin azad olmasına və sərbəstliyinə yönəlmiş, istiqamətlənmiş
bir yanaşmadır.
Korreksiyanın məqsədləri.


Geştalt korreksiyanın məqsədi
insanda olan təbii ehtiyatların
çərçivədən kənara çıxması və
oyanmasıdır ki, bu da insanın
inkişafına, onun yetkinliyinə və
dəyərlərinə çatmasına, pasiyentin
şəxsi inteqrassiyasına tam
çatmasına gətirib çıxarır.
Əsas məqsəd: insanın öz
potensialının tam realizasiyasına
kömək etməkdir. Aşağıdakı
göstəricilər bu məqsədə kömək edir:
aktual özünüdərketmənin tam işinin
təmin edilməsi; daxili nəzarətlə
lokusun birləşməsi;
özünüdəyərləndirmənin və
sərbəstliyin təbliği; şəxsiyyətin
inkişafına mane olan psixoloji
blokların kəşfi.


Psixoloqun mövqeyi.
Geştalt korreksiyada
psixoloq katalizator,
köməkçi, yaradıcı-yəni
pasiyentin tam geştalt
olmasını təminedici kimi
çıxış edir. Psixoloq
pasiyentin şəxsi hisslərinə
bilavasitə toxunmaqdan
çəkinməyə çalışır və onun
bu hisslərini
yüngülləşdirməyə meyl
edir.
Əsas məqsəd: qarşılıqlı
əlaqənin yaranmasıdır. Bu,
özünü pasiyentin şəxsi
daxili ehtiyatlarının
aktivləşməsində və onun
şəxsi inkişafına təsirində
biruzə verir.

Pasiyentə olan tələblər
və ümidlər.
Geştalt korreksiyada
pasiyentə aktiv rol
tapşırılır. Bu rolun oyunu
zamanı pasiyent öz
mövqeyini şəxsən şərh
etmək iqtidarında olmalı,
öz həyatında və
davranışlarında bu
mövqeni dərk etməlidir.
Nəzərə alınır ki, pasiyent
öz mövqeyini və yaşadığı
həyəcanı psixoloqa izah
etdikcə, o, bu hissləri
yaşamalıdır. Onun verbal
hissləri vacibdir. Lakin
pasiyentin arzuları, aktiv
həyəcanını dəf etmək
istəyi ondan artıq olmalıdır
ki, o bu vəziyyətdən çıxa
bilsin və öz gələcək
həyatında xoşbəxt olsun.
Geshtalt therapy demonstration by Fritz Perls
Eksperimental (dissosiasiya olunmuş)
dialoq digər adı ilə "Qaynar stol".

Bu dialoq şəxsiyyətin həyat fraqmentləri
arasında aparılır. Belə bir dialoq baş tutarsa,
psixoloq bir eksperiment aparmağı təklif edir: bu
fraqmentlər
şəxsiyyətin
həyatında
çox
əhəmiyyətli olmalıdır. Məs, aqressiv və passiv
başlanğıclar arasında, düşmən və müdafiəçi
arasında. Bu, şəxsi hisslər arasında aparılan
dialoq bədənin ayrı-ayrı üzvləri arasında aparıla
bilər. Oyunun texnikası belədir: pasiyentin
oturduğu stulun qarşısında “qaynar stul” və boş
stul qoyulur və bu stulda “təsəvvür edilən”
həmsöhbət otuzdurulur. Pasiyent növbə ilə bu
stulları dəyişir və dialoq aparır, həyatının
müxtəlif fraqmentlərini əks etdirdikcə, özü həm
aqressor (topdoq), həm də qurban (anderdoq)
mövqeyindən çıxış edir. Növbə ilə gah bir
nəfərin, gah da digərinin adından replikalar
söyləyərək
psixoloji
mövqeyini
açıqlayıb
aydınlaşdırır.
“Böyük it” və “Küçük”,digər adı ilə
"məsuliyyət alıram".



Çox geniş yayılmış üsullardan biri kimi iki oyun mövqeyi “Böyük it” və
“Küçük” sayılır. “Böyük it” böyük tələbləri, vəzifələri, fikir və rəyləri təmsil
edir. “Küçük” isə passiv müdafiə məqsədini təcəssüm etdirir, müxtəlif
bicliklər və fəndlər axtarır, özünü doğrultmağa çalışır. Bu mövqelərdən
çıxış edən hər iki tərəf arasında hakimiyyət uğrunda mübarizə başlayır
və şəxsiyyətlərə tam nəzarət yetirilir. “Böyük it” cavab verməyən
tələblərə, davranışın mənfi nəticələrinə və cəzalandırma qorxusu ilə
təzyiq göstərməyə çalışır. “Küçük” isə mübarizəyə dərhal girmir,
bicliklərə əl atır, onlardan istifadə edir. Onun üçün aqressiv olmaq
xarakterik deyildir.
Şəxsiyyətlər arasında dialoq baş tutduqda, müştərinin gündəlik
həyatındakı müxtəlif vəziyyətlərin dərk edilməsi fraqmentlər kimi ortaya
çıxır. Məsələn, pasiyent özünü məcbur edir ki, nə isə etsin və ya özünü
doğrultmaqla məsələni həll edir. Pasiyent ilə sistemləşdirilmiş və
aparılan səmimi dialoqun köməyi ilə psixoloq məşğələlər zamanı ona
öz töhfəsiz hərəkətlərini başa sala bilir və pasiyentə daha səmimi
olmağı və özünü daha effektli idarə etmək qaydalarını ona öyrədir.
Bu üsul daha energetik potensiala malikdir, müştərini daha adekvat
hərəkətlər etməyə motivləşdirir.
Dairələrin tamamlanması və ya dairə üzrə
getmək;digər adı ilə “qrup terapiyası”

Bu da çox məşhur psixotexnikadır. Aparıcının
(bu texnika qrupla aparılır) xahişi ilə pasiyent
bütün iştirakçıların yanından növbə ilə keçir,
onları dövrələyir, onlara nə isə deyir və ya
onlarla nə isə iş görür. Bu zaman qrup
nümayəndələri sorğuya cavab verə bilərlər. Üsul
qrup üzvlərinin aktivləşməsi üçün istifadə olunur,
onları yeni davranış və azadlıq riskinə sövq edir.
Çox vaxt belə təklif olunur ki, işi tamamlamaq
lazımdır. Məsələn, “xahiş edirik, hər bir qrup
üzvünə yaxınlaşın və bu sözləri deyin: “Mən
özümü narahat hiss edirəm, çünki...””. pasiyent
dairə çərçivəsində gəzir və qrup üzvlərinə
yaxınlaşaraq, onu narahat edən suallara cavab
axtarmağa çalışır: ətrafdakılar onu necə
qiymətləndirir, onun haqqında nə fikirləşirlər.
Pasiyent bəzən qrup üzvləri haqqında öz şəxsi
fikirlərini də onlara çatdıra bilir. Bu üsul
pasiyentin şəxsi həyəcanlarını aydınlaşdırıb
tamamlamağa və onu əhatə edənlərlə əlaqəni
möhkəmləndirməyə yol verir.
“Əksinə” (əks çevirmə üsulu).

Bu üsul onunla tamamlanır ki, pasiyent
ona tam əks olan, onun xoşuna
gəlməyən davranışları nümayiş etdirir.
Məsələn, utancaq bir adam özünü fərqli
kimi aparır, nəzakətli özünü kobud aparır
və s. Bu üsulda pasiyent onun üçün yeni
olan davranışı görür və onu dərk edir.

Bu üsul bədən üzvləri, vokal
və digər hərəkətlərin
hiperbolizasiyası yolu ilə dərk
edilmə prosesinin inkişafına
yönəlmişdir. Bu üsul adətən
bu və ya digər davranışlarla
bağlı olan hissləri
intensivləşdirir: hər hansı bir
ifadəni bərkdən təkrarlamaq,
hər hansı bir hərəkəti daha
mənalı, təsirli və səlist etmək.
Bu, müştərinin hər hansı bir
həyəcanı boğmaq istədiyi
vəziyyətində öz əhəmiyyətini
daha aydın göstərir. Beləliklə,
daxili əlaqələrin inkişafı baş
verir.
Eksperimental mübağilə
(şişirtmə).

Istənilən natamam geştalt
tamamlanmamış iş sayılır və
tamamlanmağı tələb edir.
Insanların əksəriyyətində onların
qohumları, valideynləri və ya işçiləri
və s. ilə əlaqəli tamamlanmamış
işləri vardır. Bunlar özlərini çox vaxt
pretenziya və açıqlanmamış
şikayətlər kimi göstərir. Pasiyent
təklif olunur ki, “boş stul”un köməyi
ilə öz hisslərini həmsöhbətinə
bildirsin və ya tamamlanmamış iş
ilə əlaqəsi olan qrup üzvlərindən
birinə müraciət etsin. Geştalt qrupla
aparılan iş təcrübəsində ən çox
qeydə alınan tamamlanmamış
əhəmiyyətli hisslərdir ki, bunlar da
özünü günahkar cismində görür və
ya bu hisslər inciklik hissləri olur.
Oyun da elə məhz bu hisslərlə
başlayır və belə cümlə
tamamlanmamış qalır: “Mən
incimişəm...”
Tamamlanmamış iş.
Geştalt terapiya
Xəyallaşdırılmış proyektli oyunlar,digər adı ilə
"hisslərinlə qalma"

Proyeksiya prosesini illüziyalaşdırır,
misallarla əyaniləşdirir və şəxsiyyətin rədd
edilən aspektləri ilə eyniləşdirməkdə qrup
iştirakçılarına kömək edirlər. Bu
oyunlardan ən məşhuru “antik
mağaza”dır. Pasiyentə təklif olunur ki,
gözlərini bağlasın, özünü tam boşaltsın,
sonra fikrinə gətirsin ki, gecənin yarısı o
ensiz bir küçə ilə antik mağazanın
yanından keçir. Bu mağazanın şüşələri çox
çirklidir, lakin güclə içəri baxdıqda hər
hansı bir əşyanı görmək mümkündür.
Pasiyentə təklif olunur ki, bu əşyaya çox
diqqətlə baxsın, sonra antik mağazadan
uzaqlaşsın, daha sonra bu mağazanın
pəncərəsindən gördüyü əşyanı təsvir etsin.
Bundan sonra yenə pasiyentə təklif olunur:
özünü bu atılmış əşyanın yerində hiss
etsin və birinci şəxsin adından öz hisslərini
ifadə edərək aşağıdakı suallara cavab
versin: “Niyə onu bu antik mağazada
qoyublar?”, “Bu əşya cismində onun varlığı
nəyə oxşayır?”. Bu əşya ilə
eyniləşdirilərək, müştərinin şəxsi aspekti
yoxlanılır.
“Mənim sirrim var”.

Bu oyunda günah və utanmaq hisslərinin axtarışı əsas yer
tutur. Qrup iştirakçılarının hər birindən xahiş olunur ki, özləri
üçün çox vacib olan bir şey haqqında fikirləşsinlər və onu
gizli saxlasınlar. Psixoloq iştirakçılardan xahiş edir ki, bu sirri
bir-birinə deməsinlər, amma təsəvvür etsinlər ki, bu sirrin
üstü açılsa və ətrafdakılara məlum olsa, onlar buna necə
reaksiya göstərəcəklər. Bundan sonrakı addım belə olur: hər
bir qrup iştirakçısı özü-özlüyündə fikirləşməlidir: o nə cür
dəhşətli sirri öz ürəyində saxlamağı bacarır və beləliklə,
məlum olur ki, insanlar özlərinə çox əziz və vacib olan
sirlərinə bilməyərəkdən, onları dərk etmədən çox bağlanırlar.
“Mübaliğə”.

Geştalt terapiyada “bədən dili” adlanan terminə böyük
diqqət yetirilir. Belə hesab edilir ki, fiziki simptomlar
insanın verbal dilinə baxmış onların hisslərini daha
dəqiqliklə, aydın çatdırırlar. Düşünülməmiş hərəkətlər,
jestlər, duruşlar çox vaxt pasiyentdə olan əsas
məlumatların göstəricisi kimi özünü biruzə verir. Bu
siqnallar bəzən tamamlanmamış, axıra qədər inkişaf
etməmiş və ya səhv ola bilər. Müştəridən onun
bilməyərəkdən etdiyi hərəkəti və ya jesti davam etməsini
xahiş edərək, vacib yeniliklər əldə etmək olar. Məsələn,
özünü möhkəm saxlamağı bacaran kişi barmaqları ilə
stolun kənarını döyəcləyir. Bu anda qrupdakı qadın nə
haqda isə ətraflı məlumat verərək danışır. Kişidən
soruşduqda ki, o, qadının danışdıqları haqqında nə
düşünür, kişi bildirir: bu onu az maraqlandırır və stolun
kənarlarını döyəcləməkdə davam edir. Bu halda psixoloq
kişidən xahiş edir ki, stolun kənarını daha möhkəm
döyəcləsin və bu, müştərinin öz hərəkətlərini dərk edənə
qədər davam etsin. Pasiyent daha çox hirslənir, bir
dəqiqədən sonra o, stolun kənarını daha bərkdən
döyəcləyir, bununla qadının danışıqları ilə razı
olmadığını kəskin şəkildə bildirir və düşünür: “Bu da
eynən mənim həyat yoldaşım kimi edir”. Belə düşüncəyə
əlavə olaraq kişi güclü hisslərini tam nəzarətdə
saxlaması haqqında fikirləşir və onları ifadə edir.
“Məşq”.

F.Perlzin fikrincə, insanlar öz vaxtlarının
çoxunu “xəyal səhnəsi”ndə müxtəlif rollar
məşq etdirməklə keçirirlər və bu oyunlar
zamanı konkret vəziyyətlərə və insanlara
münasibətlərini bildirirlər. Çox vaxt konkret
həyat anlarında müvəffəqiyyətin əldə
edilməməsi şəxsiyyətin bu anlara öz
təsəvvürlərində hazırlaşdığı kimi olmadığı
üçün baş verir.
“Hazır fikrin yoxlanılması”.



Psixoloq pasiyent ilə söhbət etdikdə və ya onu dinlədikdə çox vaxt onun
danışığında müəyyən məntiqi tutur və o aşağıdakı formuldan istifadə edir:
“Sənə qulaq asarkən, məndə belə bir fikir əmələ gəldi: sənə təklif edirəm ki,
bu ifadəni bir də təkrar edəsən və səni bir daha eşidim. Əgər razısansa, bu
fikri bir neçə qrup üzvünə təkrarla ”. Bu tapşırıqda müştərinin hərəkətindəki
gizli əhəmiyyət izahat faktoruna çevrilir. Amma psixoloq öz şərhi haqqında
pasiyentə məlumat verməyə çalışmır, o ancaq pasiyentə onun həyəcanını
tədqiq etmək imkanı yaradır. Əgər bu hipotez bəhrə versə, müştəri onu öz
şəxsi fəaliyyətində və təcrübəsində inkişaf etdirə bilər. F.Perlz bu metodu
əvvəlcə fərdi korreksiya şəklində işlətmişdir. Daha sonralar tam şəkildə qrup
formasına keçmiş və onun nə qədər səmərəli olduğunun şahidi olmuşdur.
Qruplaşdırılmış iş pasiyent üzərində mərkəzləşdirilmiş şəkildə aparılır və
qrupdan “xor” şəklində istifadə edilir. Qrup iştirakçılarının biri ilə iş
aparıldıqda isə “qaynar stul” metodundan istifadə edilir. Bu stulun yanında
psixoloqun stulu qoyulur, səssiz autoterapiya kursu aparılır. Bu zaman onlar
öz “Mən”inin bəzi məqamlarını fraqmentləşdirir və bununla tamamlanmış
vəziyyətləri sona çatdırırlar.
Geştalt terapiya üsullarının hamısı şəxsiyyətə psixoloji dayaq verərək, onu
keçmiş və gələcək problemlərdən azad etməyə yönəldir.
Üzləşdirmə
Perls'in terapiya stili , şəxsiyyəti ilə də bağlı olaraq , həddindən
artıq üzləşdirici və iti ola bilməsinə baxmayaraq , Gestalt
yanaşmasını mənimsəyən şəxslərin öz stilinə tətbiqi
mümkündür.

Gestalt texnikalarından bir çoxu üzləşdiricidir . Bu texnikaları
istifadə edən terapevtlər,məcburedici və aktiv olmalıdırlar.
Pasiyentlərdə özlərini məcbur etməyə və risk almağa könüllü
olmalıdırlar.
 Üzləşdirmə gestalt texnikasının bir parçasıdır,lakin bu bir hücum
olaraq görülməməlidir. Üzləşdirmə,pasiyentlərlə əməkdaşlıq
yoluyla, xüsusilə ; düşüncələri , tutum və davranışlarını
nəzərdən keçirməyə imkan yarada bilər.
 Pasiyent,acı
verən bir hadisə haqqında danışarkən
gülümsəyirsə bu uyğunsuzluğa diqqət yetirmək və pasiyentin
bunun fərqinə varması üçün bu texnikadan istifadə etmək olar.
Üzləşdirmə,mənfi xüsusiyyətlərin və ya zəif cəhətlərin
qabardılmasına
yönəlik
olmamalı,pasiyentdə
müsbət
dəyişikliklərlə nəticələnən səmimi marağın göstərilməsi
olmalıdır.

“Üzləşdirmə” texnikasına aid nümunə.

similar documents